Accessibility links

Bill Kosbi – 35 qadın və zorlama ittihamları [Video]


“New York” jurnalının son nömrəsində məşhur aktyor və tele-aparıcı Bill Kosbinin zorla narkotik maddələr verib cinsi əlaqəyə girdiyi 35 qadından söz açılır. 44-lə 80 yaş arasında olan qadınlar müxtəlif irqə və həyat tərzinə malik olub.

Artıq bir ildən çoxdur “New York” jurnalında Bill Kosbi tərəfindən zorlandıqları və narkotiklərdən istifadə etməyə məcbur edildiklərini deyən çox sayda qadın haqda məqalələr dərc edilib.

Nyu-York küçələrində insanlar komediya ustası və ictimai xadim Bill Kosbiyə qarşı ittihamlara müxtəlif reaksiya verir. “Yəqin ki, o günahkardır. Siz onu istədiklərini edən və sonra bütün bunlara görə cavab verməli olan varlılar və güclülər siyahısına sala bilərsiniz” deyə, bir qadın bildirir. Bu kişi isə, həmin qadınların belə ittihamlarla ondan pul qoparmaq istədiklərini deyir.

Bill Kosbi qadınlara narkotik maddələr verərək, onlarla cinsi əlaqədə olduğunu itihamlarını rədd edir. Lakin 2006-cı ildə cənab Kosbinin narkotik maddə verərək, onu zorladığını deyən qadına susması üçün böyük məbləğdə pul verdiyi məlum olub. İfadə verərkən aktyor Qualuudes preparatından istifadə etdyini boynuna alıb. Lakin onun vəkilləri onun bunu qadınların razılığı ilə etdiyini deyib.

Cənab Kosbinin vəkillərindən biri medianı məhkəmənin sənədlərində bəzi ifadələri haqda səhv məlumat verməkdə günahlandırıb.

“Məhkəmə onun Qualuudes-dən istifadə etdiyini deyir. 70-ci illərdə “disko bisktviti” deyilən bu prepatardan təkcə cənab Kosbi deyil, çoxları istifadə edirdi" deyə, Kosbinin vəkili bildirir.

Bill Kosbiyə bu ittihamlarla əlaqədar heç bir cinayət işi açılmasa da, bu onun karyerasına təsir edbi. O, kommersiya dəstəyi, çıxış imkanları və TV-dən əldə etdiyi gəlirləri itirib.

XS
SM
MD
LG