Accessibility links

Tanınmış aparıcı təcavüz ittihamlarına görə işdən azad edilib


ABŞ-ın ən çox izlənilən kabel televiziyası aparıcısı Bill O’Rayli təcavüz ittihamlarından sonra işdən azad edilib.

Fox korporasiyası çərşənbə günü verdiyi açıqlamada bildirib ki, O’Raylinin azad edilməsi qərarı səsləndirilən ittihamların “diqqətlə və ətraflı incələnməsindən” sonra verilib.

Bu elanın verildiyi gün O’Raylinin Vatikanda Roma Papası Fransisə əl verdiyini göstərən fotosu yayılıb.

Fox-un elanına cavab olaraq bəyanatla çıxış edən O’Rayli “əsassız ittihamlara” görə Fox News-u tərk etməyinə görə məyus oluğunu bildirib.

The New York Times-ın yaydığı xəbərdə bildirilir ki, bu ayın əvvəli Fox şirkəti və O’Rayli təcavüz ittihamı irəli sürmüş beş qadına 13 milyon dollar təzminat ödəyib.

Həmin xəbərin yayılmasından sonra 50-ya yaxın reklamverən şirkət televiziya kanalı ilə əməkdaşlığı dayandırıb. Bununla bərabər, qadın hüquqları təşkilatları O’Raylinin işdən azad edilməsini tələb edirdi.

67 yaşlı ulduz aparıcının növbəti bazar ertəsi məzuniyyətdən dönəciyi gözlənilirdi. O, 11 apreldə apardığı sonuncu verilişində çoxdan planlaşdırılan məzuniyyətə çıxacağını elan etmişdi.

O’Raylinin apardığı veriliş Fox News kanalı tarixində ən popular proqram idi. Verilişi orta hesabla gündə 4 milyon insan izləyirdi.

XS
SM
MD
LG