Accessibility links

Güneyli fəal İran Azərbaycanında millətçilik təfəkkürünü şərh edir

“Millətçilik bizim üçün nədir? Hədəf, yoxsa arac və vasitə? Bunu düşünmək, dartışmaq və dəqiqləşdirmək lazımdır,” deyə Amerikanın Səsi ilə söhbətdə Bilal Hatəmi güneydəki millətçi cərəyan və millətçilik təfəkkürü ilə bağlı problemlərin mövcud olduğunu vurğulayır. İran Azərbaycanı və ya ümumiyyətlə İrandakı türklərin problemlərinin həlli istiqamətində millətçiliyin yetərli olmadığını önə çəkən güneyli sosioloq müəyyən bir mərhələdən sonra başqa eyləmlər/hərəkətlərə diqqət göstərməyin gərəkli olduğunu ifadə edir.

Hatəmi əzilmiş bir toplumda millətçilik məfkürəsinin mövcud olmasını normal dəyərləndirir, amma bunun həddindən artıq önə çıxmasının da fərqli bir mövzu olduğunu qeyd edir:

Millətçilik yanında başqa şeylər lazimdir. Misal üçün insan haqları kanalından məsələyə girirlər. Özlərini tanıdıqdan sonra insanların haqlarını istəmək üçün bu lazimdir. Toplumda cinsiyyət ayrı-seçkiliyi, qadın haqları və dini azlıqlar kimi məsələlər də var. Millətçi cərəyan bunlara diqqət yetirib və daha geniş bir söyləm/diskursiya yaradaraq yoluna davam etməlidir.

“İran Azərbaycanının tarixində türklər məcburi olaraq bəzi eyləmlər və hərəkətlər başlayıblar. Bunların başında həm anlayış, həm də adlandırma olaraq bir millətçilik vardır. Bu da normaldır... Türklər millətçilik xaricində başqa bir hərəkətə keçə bilməzdilər. Əzilmiş bir millət, haqları əlindən alınan bir insan qrupu üçün bu doğru bir yoldur. Amma bunun daha çox önə çıxması, hər kəsin özünü millətçi olaraq tanıması fərqli bir mövzudur.”

“Ad eyni olsa da millətçi cərəyanlar arasında istəklər, hədəflər və ortaya çıxma səbəbləri baxımından fərqlər vardır,” deyə Bilal Hatəmi İran Azərbaycanındakı türk millətçiliyi və İrandakı fars millətçiliyi və ya Türkiyədəki türk millətçiliyinin ayrı-ayrı kateqoriyalarda yer aldığını bildirir.

Müstəmləkəçiliyə qarşı olaraq ortaya çıxmış millətçilik növlərində əzilmiş bir millətin haqlarını əldə etmək üçün özünü və kimliyini tanımlamağa/tərifləməyə doğru getdiyini söyləyən Ankara Hacəttəpə Universitetinin məzunu bu mərhələdən sonra millətçiliyin artıq təkbaşına yetərli olmayacağını vurğulayır:

İran Azərbaycanının tarixində türklər məcburi olaraq bəzi eyləmlər və hərəkətlər başlayıblar. Bunların başında həm anlayış həm də adlandırma olaraq bir millətçilik vardır. Bu da normaldır... Türklər millətçilik xaricində başqa bir hərəkətə keçə bilməzdilər.

“Özünü tanımlamaq mərhələsində millətçilik qaçılmazdır... Güney Azərbaycanda bu xüsusda bir müvəffəqiyyət əldə edilibdir. Artıq böyük bir türk kütləsi türk olduğunu bilir, amma bu fərqindəliyin yarandığı andan etibarən nə etmək lazimdir? Ondan sonra millətçiliyin yanında başqa eyləmlərin də olması gərəkir. Başlanğıc nöqtədən son nöqtəyə qədər millətçilik etmək olmaz”.

Hatəmi bu istiqamətdə toplumda ədalətsizlik və ayrı-seçkiliyə məruz qalan müxtəlif təbəqələr və qruplara diqqət göstərilməsinin önəmindən danışır:

“Millətçiliklə yanaşı başqa şeylər lazimdir. Misal üçün insan haqları kanalından məsələyə girirlər. Özlərini tanıdıqdan sonra insanların haqlarını istəmək üçün bu lazımdır. Toplumda cinsiyyət ayrı-seçkiliyi, qadın haqları və dini azlıqlar kimi məsələlər də var. Millətçi cərəyan bunlara diqqət yetirib və daha geniş bir söyləm/diskusiya yaradaraq yoluna davam etməlidir,” deyə o əlavə edir.

XS
SM
MD
LG