Accessibility links

Bilgə Cankorel: İctimai Palatanın hazırladığı Yol Xəritəsini müzakirə etdik


Bilgə Cankorel: İctimai Palatanın hazırladığı Yol Xəritəsini müzakirə etdik

Bilgə Cankorel: İctimai Palatanın hazırladığı Yol Xəritəsini müzakirə etdik

Müsavat Partiyasının qərargahında İctimai Palatanın Koordinasiya Şurasının üzvləri ilə Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların rəhbərləri və təmsilçilərinin görüşü keçirilib.

Müsavat Partiyasının qərargahında İctimai Palatanın Koordinasiya Şurasının üzvləri ilə Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların rəhbərləri və təmsilçilərinin görüşü keçirilib. İki saatdan artıq davam edən görüşdə ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel, Avropa Şurası baş katibinin Azərbaycandakı nümayəndəsi Konstantin Erokostopulos, Böyük Britaniya, Almaniya, Avropa Birliyi, Polşa, ABŞ, Fransa və Türkiyənin Azərbaycandakı diplomatik nümayəndəliklərinin təmsilçiləri iştirak edib. Görüşə həmçinin İctimai Palatanın Koordinasiya Şurasının üzvləri İsa Qəmbər, Əli Kərimli, Vidadi Mirkamal, Mehriban Vəzir və Zəfər Quliyev qatılıb.

ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel bildirib ki, görüşdə İctimai Palatanın ictimai dialoq üçün hazırladığı “Yol xəritəsi” müzakirə edilib. “Eyni zamanda, İctimai Palatanın iyunun 19-na təyin etdiyi mitinq də daxil olmaqla insan hüquqları ilə bağlı fikir mübadiləsi aparılıb”.
Müsavat Partiyasının başqanı İsa Qəmbər Amerikanın Səsi radiosuna görüşü “məzmunlu və məhsuldar” adlandırıb. “Görüş zamanı ölkədəki ictimai-siyasi vəziyyət, islahatların həyata keçirilməsi, ölkənin Avropaya inteqrasiyası, sərbəst toplaşmaq və söz azadlığı hüquqlarının təmin edilməsi müzakirə olunub. İctimai Palata tərəfindən hazırlanmış "Yol xəritəsi: avtoritarizmdən demokratiyaya keçid" adlı sənəd xüsusi müzakirə olunub”, - deyə cənab Qəmbər qeyd edib.

XS
SM
MD
LG