Accessibility links

Sabiq ABŞ prezidenti Bill Klinton başçılıq etdiyi Klinton fondunun layihələrində iştirak etmək üçün bu həftə Afrikaya səfər edib. Cənab Klinton qitədə baş verən müsbət dəyişikliklər barədə məlumatın yayılmasını istədiyini deyib.




Mahnı oxuyan yüzlərlə uşaq və könüllü sabiq prezident Bill Klintonu dünən Yohannesburq şəhərinin yoxsul Soueto rayonundakı icma mərkəzində salamlayıb. Bu uşaqlar Bill Klinton fondunun Afrikada milyardlarla dollar dəyərində layihələrindən proqramlarından faydalanır. Bu proqram səhiyyə, təhsil, şəhərlərdə davamlı inkişaf və ətraf mühitin qorunması kimi sahələrini əhatə edir.

İkusasaleto mərkəzində uşaqlar və tərbiyəçilər bir araya gəlir. Proqram tələbə və könüllü tərbiyəçilərin Cənubi Afrikada tənəzzülün yaşandığı iş bazarında rəqabət apara bilməsi üçün lazımı biliklərə yiyələnməsinə şərait yaradır. Cənab Klintonun sözlərinə görə Afrika onun diqqətini 1998-ci ildə o ilk dəfə qitəyə səfər edən zaman cəlb etmişdi. O zamandan bəri cənab Klinton müsbət mesajları bölüşmək məqsədilə müntəzəm olaraq Cənubi Afrika və başqa yaxın bölgələrə səfərlər edir.



Bill Klinton: “Mən istəyirəm ki, dünyanın başqa yerlərində də insanlar bu ölkənin bütün bölgələrində baş verən müsbət dəyişiklikləri görsün. Cənubi Afrikada ötən il QİÇS xəstəliyinin müalicəsində inkişafa görə çox sayda insanın həyatı xilas edilib. Hər kəs bilir ki, illər boyu onlar hansı işlərin görülməli olduğuna inanmayan hökumətlər tərəfindən idarə edib, amma indi nəhayət hər kəs taqətdən düşüb. Biz bu yolla davam etməliyik. Bu insanlara ümid verir, onları tərəqqinin mümkünlüyünə inandırır.”

Cənubi Afrikada Klinton fondu QİÇS dərmanlarını daha ucuz qiymətə əldə etməyə nail olub. Bu isə hökumətin 700 milyon dollara qənaət etməsilə nəticələnib. Cənubi Afrika dünyada QİÇS xəstəliyi hallarının sayının ən yüksək həddə olduğu yerdir. Lakin indi bu bölgə antiretrovirus dərman preparatlarının ən çox işləndiyi yerdir və bu, bölgədə virusa yoluxmuş milyonlarla insanın həyatda qalması deməkdir.

Cənab Klintonun Cənubi Afrikaya səfəri eyni zamanda sabiq Cənubi Afrika prezidenti Nelson Mandelanın 94-cü ildönümü ilə eyni vaxta təsadüf edib. BMT 2009-cu ildə iyulun 18-i Nelson Mandela günü elan edib. Bill Klinton cənab Mandelaya dünya ölkələrində bütün insanları bu gün ictimai iş görməklə qeyd etməyə çağırmasını yüksək qiymətləndirib.

Bill Klinton: “İnsanlar Mandellanı dinləyir və o özü də uzun illər başqa qeyri-hökumət təşkilatları ilə iş görüb. Məncə, insanları bu kimi işlərə, ayrı-ayrı vətəndaşları faydalı əməklə məşğul olmağa cəlb etmək Cənubi Afrikanın gələcəyinin mühüm hissəsidir. Düşünürəm ki, bu bütün Afrika qitəsi üçün çox önəmlidir.”

Cənab Klintonun fondunun Mozambik, Ruanda və Uqandadakı proqramlarında da iştirak edəcəyi gözlənilir.
XS
SM
MD
LG