Accessibility links

Bill Şuster: Amerika Azərbaycanla tərəfdaşlığı gücləndirmək istəyir


Bill Şuster: Amerika Azərbaycanla tərəfdaşlığı gücləndirmək istəyir

Bill Şuster: Amerika Azərbaycanla tərəfdaşlığı gücləndirmək istəyir

Amerika konqresmenləri Bill Shuster, Chris Murphy, Sean Duffy, Adam Kinzinger, Cedric Richmond, Jon Runyan Azərbaycanda səfərdədir.

“Amerika Azərbaycanla çox yaxşı tərəfdaşlığa malikdir və bu tərəfdaşlığı gücləndirmək istəyir. Azərbaycanla malik olduğumuz güclü dostluq, tərəfdaşlıq və müttəfiqlik barəsində konqresmenlərin məlumatlılığını artırmaq üçün Konqresin nümayəndə heyətini buraya gətirmişik”. Bu barədə Nümayəndələr Palatasının Azərbaycanla işçi qrupunun rəhbəri Bill Şuster bu gün Azərbaycanda keçirdiyi görüşlərin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O, Amerika konqresmenlərin Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr apardığını və Amerikanın münaqişənin sülh yolu ilə həllinə sadiq olduğunu bildirib. “Amerika Minsk qrupu prosesini dəstəkləyir”.

Konqresmenlər tərəfdaşlığın gücləndirilməsi yolları barədə də müzakirələr aparıb. “Xüsusilə, Azərbaycan hökumətinin USAİD ilə birgə proqramlarda iştirakını yüksək dəyərləndiririk. Deputatlar və onların köməkçiləri ilə bağlı xüsusi bir proqram həyata keçirilir ki, bu da demokratik şəraitdə seçicilərlə yaxın təmas qurulması baxımından çox önəmlidir. Azərbaycan vətəndaşlarının öz seçilmiş təmsilçiləri ilə yaxından təmas qurmaları, fikir və rəylərinin onlara çatdırılması çox böyük əhəmiyyət kəsb edir. Amerika Konqresinin üzvlərinin Azərbaycana və Azərbaycan parlamentinin üzvlərinin Amerikaya qarşılıqlı səfərləri mühüm əhəmiyyət kəsb edir. Bu səfərlər əlaqələrin dərinləşməsinə və gücləndirilməsinə xidmət edir. Həmçinin dünyanın bir çox yerlərində olduğu kimi, burada da qarşılıqlı sistemlərimiz barəsində məlumatların artırılmasına xidmət edir”, - deyə o qeyd edib.

Jurnalistlərin suallarının cavabında Amerika-Azərbaycan əlaqələrinin gələcək perspektivlərini toxunan Bill Şuster deyib ki, “əlaqələrin gələcəyini çox yaxşı görürəm”. “Bizim bölüşdüyümüz bir sıra ortaq maraqlarımız var. 11 sentyabr hadisəsindən sonra Azərbaycan Amerikaya dəstək verən ilk dövlətlərdəndir. Hazırda terrorizmə qarşı mübarizədə Azərbaycan İraq və Əfqanıstanda bizimlə birgədir. Biz, enerji təhlükəsizliyi sahəsində də birgə işləyirik”.

O Amerikanın Səsi radiosunun demokratiya və insan haqları sahəsində Azərbaycan rəsmiləri ilə danışıqlar barədə sualının cavabında bildirib ki, şəffaflıq və demokratik təsisatların yaradılması və gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. “Amerika demokratik təsisatların güclü olduğu ölkələrlə əməkdaşlıq qurmağa çalışır. Hesab edirəm ki, demokratik təsisatların qurulması üçün vaxt lazımdır. ABŞ-da bu qısa müddətdə baş verməyib. Amerikada 230 ildə bu məsələlər həllini tapıb, Azərbaycan isə cəmi 20 il müstəqillik tarixi olan ölkədir. Hesab edirəm ki, burada da məsələlər həllini tapacaq”, - deyə o qeyd edib.

XS
SM
MD
LG