Accessibility links

Billboard veb səhifəsinin musiqi biznesində gəlirlər haqda məlumatına istinad etsək, Teylor Sviftin publisistini işdən azad etməsinin səhv addım olduğunu düşünmək olar.

Billboard veb səhifəsi xəbər verir ki, Teylor Svift ötən il musiqi biznesində təxminən 40 milyon dollar qazanmaqla ən yüksək gəlir əldə edən müğənni hesab edilir.

24 yaşlı country musiqi ifaçısı get-gedə zəifləyərək 6.5 milyon dollarla Kenni Çesni və Castin Timberleykin uğrunda mübarizə apardıqları 2-ci və 3-cü yerlərə yaxınlaşıb.

Bu yalnız satışdan gələn məbləğdir. Məbləğə sponsorluq, brend, kommersiya daxil deyil.

Görünür onun Qırmızı Tur dünya qastrol səfəri buna səbəbdir.

Teylorun altı ay davam edən qastrol səfəri ona 30 milyon dollar qazanc gətirib. Belə güman etmək olar ki, Teylorun öz publisistinə vida hədiyyəsi bir tort və şarlarla məhdudlaşmayacaq.
XS
SM
MD
LG