Accessibility links

Meksikalı tele-kommunikasiya maqnatı Karlos Slim dünyanın ən zəngin adamıdır

  • Amerikanın səsi

Bloomberg biznes xəbər agentliyi dünyanın ən zəngin adamlarının siyahısını açıqlayıb. Yeni siyahıya əsasən, Meksikada telekommunikasiya maqnatı Karlos Slim dünyanın ən zəngin insanıdır.

Bloombergin 20 ən zəngin adamı siyahısında Slim 68 milyard dollarla birinci yerdə gəlir. Slim Meksikada dünyanın ən böyük mobil telekommunikasiya şirkətlərindən biri olan Amerika Movil şirkətinə nəzarət edir. Lakin Bloomberg bildirir ki, bu varidat hər an azala bilər. Elə keçən həftə cümə günü şirkətin aksiyalarının verdiyi itkilər 478 milyon dollar olub.

Bloombergin siyahısında ikinci yerdə Maykrosfot kompyuter texnologiyaları imperiyasını yaratmış Bil Geyts, üçüncü yerdə isə investor Uorren Buaffet gəlir.Bloomberg Geytsin 62 milyard, Baffetin isə 44 milyard dollar varidatı olduğunu göstərir.

Dünyanın digər ən zəngin adamları İsveçin İkea mebel şirkətinin sahibi İnqvar Kamrad və Parisdə yerləşən dünyanın ən böyük lüks mallar istehsalçısı olan Lui Vutton şirkətində payı olan Bernat Arnoltdur. Onların hər birinin varidatı 42 milyarddan artıqdır.

Bloombergin dünyanıın ən zəngin adamları siyahısına Avropadan beş, Asiyadan üç, Latın Amerikasından iki və Kanadadan bir zəngin adam daxildir.

XS
SM
MD
LG