Accessibility links

Bin Laden ölümündən əvvəl İŞİD-in süqutunu proqnozlaşdırıb


Usama Bin Laden ölümündən əvvəl İslam Dövləti qrupunun süquta uğracayağını proqnozlaşdıraraq, Qərbi məğlub etmədən cihadçıların xilafət elan etmək səylərinin uğursuzluqla nəticələnəcəyini deyib.

Əl-Qaidənin keşmiş liderinin bu fikirləri yeni üzə çıxarılmış 113 sənəddə öz əksini tapıb. ABŞ Hərbi Dəniz Donanmasının əsgərləri bu sənədləri 2011-ci ildə Əl-Qaidə liderinin Pakistanın Abbotabad şəhərində ələ keçirilərək öldürüldüyü istinadgahında əldə edib.

Ərəb dilində yazılmış və ABŞ kəşfiyyat agentliyi tərəfindən tərcümə edilmiş bu qeydlər və məktublardan Bin Ladenin yaratdığı terror təşkilatının parçalanmasından ciddi narahat olduğu aydın olur.

Başlıca narahatlıqdan biri Əl-Qaidənin mərkəzi rəhbərliyi ilə İraqda fəaliyyət göstərən Əl-Qaidə qrupunun rəhbərliyi arasında ixtilafla əlaqədar olub. İŞİD-in yaranmasına gətirib çıxarmış İraqda Əl-Qaidə qrupu ABŞ və Qərbi məğlub etmədən İslam Xilafəti elan etmək arzusunun olduğunu artıq ifadə edirdi.

ABŞ kəşfiyyat agentliyi üzə çıxardığı ilk 103 sənədi və Bin Ladenin istinadgahından əldə edilmiş ingilis dilində kitabların siyahısını açıqlayıb.

Rəsmilər deyib ki, bu ilin sonunadək daha da çox sənəd ictimaiyyət üçün açıqlanacaq.

XS
SM
MD
LG