Accessibility links

Üsama Bin Ladenin öldürülməsi missiyasının detalları barədə kitab yazılıb


Əl-Qaidə lideri Üsama Bin Ladenin öldürülməsinə dair kitab ABŞ rəsmilərinin narazılığı ilə qarşılanıb. Onlar məxfi məlumatın yayıldığına görə narahatlıqlarını bildirirlər.

ABŞ naşiri Dutton əsərin Mark Ouen ləqəbi ilə Dəniz Donanması qüvvələrinin üzvü və jurnalist Kevin Maurer tərəfindən yazıldığını bəyan edib. Müəlliflər isə hazırda ötən ilin reydi barədə həqiqətlərin üzə çıxarılması vaxtı olduğunu deyirlər.

Kitabda Bin Ladenin leytenant Ayman Əl Zəvahri ilə birgə şəkilləri yer alır. Şəkillər Əl-Cəzirə tele-kanalının 2001-ci ilin oktyabr ayında yaydığı videodan götürülüb.

Pentaqon və Mərkəzi Kəşfiyyat Agentliyinin sözçüləri kitabda məxfi məlumata yer verildiyinin hələ nəzərdən keçirilmədiyini deyir. Ordu və kəşfiyyat orqanlarının sabiq rəsmiləri adətən kitabların nəşrindən əvvəl yazdıqları məlumat barədə hesabat verməlidir.

Kitab Obama administrasiyasının Bin Laden reydinin detallarının açıqlanmasına görə tənqid edildiyi vaxt işıq üzünə çıxır.

“Asan olmayan gün-Üsama Bin Lasenin qətlə yetirilməsi missiyası ilkin mənbədən” adlı kitab sentyabrın 11-də, Nyu York və Vaşinqtona qarşı terror aksiyalarının 11-ci ildünümündə oxucuların ixtiyarına veriləcək.
XS
SM
MD
LG