Accessibility links

ABŞ-ın Apellyasiya Məhkəməsində Əl-Qaidə lideri Üsamə Bin Ladenin öldürüldüyünü nümayiş etdirən şəkillərin ictimaiyyətə açıqlanmasına dair dinləmə keçirilib.

Müdafiə Nazirliyi və Mərkəzi Kəşfiyyat İdarəsi şəkillərin terrorçuları təhrik edə biləcəyini və bunun milli təhlükəsizliyə hədə törədəcəyini deyir.

Ötən aprel ayında aşağı instansiyalı məhkəmə görüntülərin gizli saxlanmasına dair hökm çıxarıb.

ABŞ prezidenti Barak Obama CBS xəbər agentliyinə demişdi ki, onun adminisrasiyası Bin Ladenin cəsədinin görüntülərinin “qələbə kuboku” kimi nümayiş etdirilməməsinə qərar verib.

Apellyasiya Məhkəməsinə müraciət edən Ədliyyəyə Nəzarət qrupunun prezidenti Tom Fitton “Amerikanın səsi”nə müsahibəsi zamanı bildirib ki, məsələ siyasətləşdirilir." Prezident kral deyil və o, siyasi baxımdan rahatsızlıq olmasın deyə qanuna riayət edilməməsinə göstəriş verə bilməz."

ABŞ-ın Apellyasiya Məhkəməsi qərarını bir neçə aydan sonra açıqlamalıdır.
XS
SM
MD
LG