Accessibility links

Bin Laden prezident Obamaya qarşı sui-qəsd planı hazırlayırmış


“Washington Post” qəzeti Üsəma Bin Ladenin Əl-Qaidəyə ABŞ prezidenti Barak Obama və ABŞ silahlı qüvvələrinin Əfqanıstandakı komandiri olmuş general Deyvid Petreasın qətlə yetirilməsinə dair əmr verdiyi haqda məlumat verib.

Qəzetin yazarı Deyvid İqnatius öz məqaləsində Bin Ladenin iqatməgahında ələ keçirilmiş sənədlərdə qətl planının təsvir edildiyi haqda yazıb.

Bin Laden yazıb ki, cənab Obamanın qətli vitse-prezident Co Baydenin hakimiyyətə gəlişini təmin etmiş olardı. O, vitse-prezident Baydenin hakimiyyətə gəlməyə hazırlıqsız olduğunu yazırdı.

Bin Laden ABŞ prezidenti əleyhinə əməliyyatın pakistanlı terrorçu İlyas Kəşmiri tərəfindən həyata keçirilməsini tövsiyə edib. Kəmiri keçən il iyun ayında ABŞ-ın pilotsuz təyyarəsinin hücumu zamanı qətlə yetirilib.

ABŞ rəsmiləri bildirir ki, Əl-Qaidənin belə bir hücum həyata keçirmək üçün hazır ola bildiyinə dair heç bir dəlil yoxdur.

“Washington Post”-un yazarı qeyd edir ki, tanış olduğu sənədlərdə Bin Laden öz müavinlərinə diqqəti və səyləri ABŞ-ın İraq və Əfqanıstanda hədəfləri deyil, Amerikanın özündə hücumlara yönəltməyi tövsiyə edib. Onun yazdığına əsasən, Bin Laden lideri olduğu terrorçu təşkilatın “səhvləri və yanlışlıqları”nı da qeyd edib. Burada o, müsəlman dünyasında Əl-Qaidənin imicinin pisləşməsilə nəticələnmiş müsəlmanlara qarşı hücumları göstərib.

XS
SM
MD
LG