Accessibility links


ABŞ-ın nüfuzlu konqresmeni Piter Kinq Usama Bin Ladenin kürəkəninin ələ keçirildiyini deyib. Konqresmen Kinq ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin üzvüdür və Daxili Təhlükəsizlik komitəsinin keçmiş sədridir.

Nyu-York ştatından respublikaçı konqresmen Süleyman Əbu Qeysin Federal Təhqiqat Bürosu və Mərkəzi Kəşfiyyat İdarəsinin agentləri tərəfindən ələ keçirildiyini bildirib.

Türkiyə mətbuatı Əl-Qaidənin keçmiş sözçüsü olan Əbu Qeysin keçən ay Ankarada lüks bir mehmanxanada ələ keçirildiyi haqda xəbər verib. Əbu Qeysin bundan sonra İordaniyaya təhvil verildiyi, orada isə Mərkəzi Kəşfiyyat İdarəsinin agentləri tərəfindən həbs edildiyini bildirib.

Türkiyə rəsmiləri qəzetin verdiyi məlumatla bağlı şərh verməkdən imtina edib.

Əbu Qeys 2001-ci ildə ABŞ-a qarşı terror hücumlarından sonra Əl-Qaidənin təbliğatı məqsədilə hazırlanmış video görüntülərdə göstərilib.Onun Nyu-Yorkda ABŞ federal məhkəməsi tərəfindən mühakimə ediləcəyi gözlənilir.

2001-ci ildə ABŞ-a qarşı terror hücumlarının arxasında dayanan Usama Bin Laden 2011-ci ildə Pakistanda Birləşmiş Ştatların xüsusi təyinatlı qüvvələrinin reydi zamanı qətlə yetirilib.
XS
SM
MD
LG