Accessibility links

Bakıda bina uçub – iki nəfər ölüb


Heydər Əliyev prospektində bina uçub

Heydər Əliyev prospektində bina uçub

Bina sökülərkən uçub, dağıntılar avtomobillərin üzərinə düşüb

Bakının Heydər Əliyev prospektində sökülməkdə olan beşmərtəbəli binanın uçması nəticəsində ilkin məlumata görə iki nəfər ölüb. Nərimanov rayon Polis İdarəsindən APA agentliyinə verilən məlumata görə, bunlar Bakı sakinləri, - Cavid Bayramlı və Asiman Ələkbərovdur.

Heydər Əliyev prospektində uçan bina

Heydər Əliyev prospektində uçan bina

Bina prospektdəki avtomobil yolu istiqamətində uçduğu üçün yolun kənarında dayanan avtomobillər dağıntıların altında qalıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri və texnikası cəlb edilib.

Hadisə nəticəsində yaxınlıqda dayanan avtomobillərdən biri tam yararsız hala düşüb, daha 6 avtomobil qismən əzilib.

Yararsız hala düşmüş “Mitsubishi Pajero” markalı avtomobildə olan iki nəfər Bakı sakini xilasedicilər tərəfindən ağır yaralı vəziyyətdə çıxarılıblar. Onlar 5 saylı şəhər Klinik Xəstəxanasına aparılarkən yolda keçiniblər.
XS
SM
MD
LG