Accessibility links

Binali Yıldırım xalqı diqqətli olmağa çağırıb


Birləşmiş Ştatlar və Qərb liderlərinin tənqidlərindən sonra Türkiyə baş naziri Binali Yıldırım insanları hökumətə qarşı çevriliş etməyə cəhd göstərənlərə qarşı təmkinli olmağa çağırıb.

Yıldırım Türkiyənin əsas müxalifət partiyasının lideri Kemal Kılıçdaroğlu ilə görüşüb.

Baş nazir həmçinin Türkiyə parlamenti və hakim Ədalət və İnkişaf partiyasını birlik nümayiş etdirməyə səsləyib.

Yıldırım bildirib ki, o, ABŞ-da yaşayan dini xadim Fətullah Gülən tərəfdarlarını ölkədən təmizləyəcək ki, Türkiyədə yenidən xalqa qarşı xəyənət baş verməsin.

Birləşmiş Ştatlar Türkiyəni qanun çərçivəsində təhqiqat aparmağa çağırıb.

XS
SM
MD
LG