Accessibility links

Binali Yıldırım: Prezidentlik sistemi prioritetdir


Binali Yıldırım

Binali Yıldırım

Türkiyədə baş nazir vəzifəsinə gələn Binali Yıldırım deyib ki, onun yeni hökumətinin əsas prioriteti konstitusiyaya prezident Ərdoğana onun çalışdığı kimi daha geniş səlahiyyətlərin verilməsini nəzərdə tutan dəyişikliklərin edilməsi olacaq.

İqtidarda olan Ədalət və İnkişaf partiyasının nümayəndələrinin yekdilliklə nəqliyyat naziri Binali Yıldırımı parityanın yeni lideri və beləliklə növbəti baş nazir seçməsi onun Ərdoğanın siyasi kursunu prioritet edəcəyinə dair heç bir şübhəyə yer qoymayıb.

Ərdoğanın 20 ildir ən yaxın müttəfiqlərindən biri olan 60 yaşlı Yıldırım partiya liderliyi və baş nazir postuna yeganə namizəd idi.

O, Ərdoğanla fikir ayrılıqlarına görə bu ay vəzifəsindən gedən Əhməd Davutoğlunu əvəz edəcək.

Binali Yıldırım Ədalət və İnkişaf partiyasının qurultayında çıxışında hazırkı vəziyyətin legitimləşdirilməsi üçün yeni konstitusiyaya ehtiyacın olduğunu deyib.

Səsvermədə 1411 nümayəndə iştirak edib və 1405 səs etibarlı sayılıb. Yıldırım bütün etibarlı səsləri alıb.

Ərdoğanla Ədalət və İnkişaf parrtiyasının həmtəsisçiləridən biri olan Yıldırım Türkiyədə iqtidar partiyasının hakimiyyətdə olduğu birinci on ildə uğurlarının əsasında duran infrastruktur layihələrinin arxasında olub.

Binali Yıldırımın Ərdoğan üçün başlıca prioritet olan iki məsələnin həllinə kömək edəcəyi gözlənilir. Bunlar prezidentlik səlahiyyətlərinin artırılması və fəalliyyəti qadağan olmuş PKK (kürdüstan Fəhlə partiyası) militantlarına qarşı mübarizə məsələlədir.

O, qurultayda çıxışında İŞİD-a və kürd militantlarına qarşı ölkə daxilində və Suriyada mübarizəni davam etdirəcəyini deyərək, rəhbərliyin dəyişməsinin kampaniyaya təsiri olmayacağını bildirib.

Binali Yıldırım 2002-ci ildə Ədalət və İnkişaf partiyası seçkilərdə ilk dəfə qələbə çalanda İstanbul valisinin müavini seçilmişdi. O daha sonra nəqliyyat, dənizçilik və rabitə naziri təyin edilib və Ədalət və İnkişaf partiyasının hakimiyyəti dövrü bu vəzifədə qalıb.

Gəmiçilik və dənizçilik mütəxəssisi olan Yıldırım və Ərdoğan arasında siyasi əlaqələr 1990-cı illərdə Ərdoğan İstanbulun meri olan zaman yaranıb.

XS
SM
MD
LG