Accessibility links

Binədə qarşıdurma


Binə qəsəbəsi yağışdan sonra (Foto Azadlıq radiosunundur)

Binə qəsəbəsi yağışdan sonra (Foto Azadlıq radiosunundur)

Noyabrın 8-də səhər Binə qəsəbəsindəki “Sovxoz ərazisi” adlanan yaşayış massivində 1000-dək sakin etiraz aksiyası keçirib.

“Azadlıq” radiosunun məlumatına görə , aksiyaya səbəb yağışdan sonra massivə gələn yolların keçilməz həddə çatmasıdır.

Etirazçılardan Roman Məmmədov bildirib ki, səhər saatlarında başlayan aksiya normal keçsə də polislərin müdaxiləsindən sonra ara qarışıb.

“Yollar bərbad vəziyyətdə olduğundan yağışdan sonra marşrutlar bizim tərəfə gəlməkdən imtina edirlər. Hər gün məcbur olub 3-4 kilometr piyada gəlirik ki, marşrut dayanan yerə çataq. Bu gün səhər yığışdıq marşrutların qarşısını kəsdik, icra nümayəndəsini tələb etdik ki, bu işə əncam çəksinlər. Dərhal polislər tökülüşdü. Hər şey normal davam edirdi. Polislərdən biri yaşlı qadını dəyənəklə vurub, suyun içərisində sürüməyə başladı. Bundan sonra cavanlar dözə bilmədi və polislərlə qarşıdurma yarandı. Qarşılarına keçəni - qadın, kişi bilmədən döyüb, palçıqda sürüyürdülər”.

Onun sözlərinə görə, tutulanları Xəzər rayon polis şöbəsinə aparıblar.

“300-ə yaxın polis gəldi. Başladılar döyüb, həbs etməyə. Ən çox hadisəni telefonla çəkənləri döyür, sonra telefonların əllərindən alıb qırırdılar. 30-dək şəxs həbs olunub. Hələlik heç bir xəbər yoxdur. Maraqlanan olmasa, sabah aksiyanı davam etdirəcəyik”, R.Məmmədov vurğulayıb.

Bununla bağlı Xəzər rayon polis şöbəsindən şərh almaq mümkün olmayıb.

XS
SM
MD
LG