Accessibility links

Binədə sahibkarların üsyanı [Video]


Yanvarın 19-da Bakının Lökbatan qəsəbəsində yerləşən “Araz Avia” (Binə) ticarət mərkəzində ticarətçilərin etiraz aksiyası keçirilib. “Turan”ın məlumatına görə, icarə haqqının 250 manat artırılmasına etiraz edən ticarətçilər Bakı-Lökbatan avtomobil yolunu bağlayıblar. Polis aksiyanı dağıdıb. Xəsarət alanlar, tutulanlar var.

Binə Ticarət Mərkəzinə gedən magistral yolun Şıx qəsəbəsi ərazisindən keçən hissəsi polis qüvvələri tərəfindən nəzarətə götürülüb. Avtomobillərin ticarət mərkəzi istiqamətinə hərəkəti məhdudlaşdırılıb. Polis əməkdaşları bildiriblər ki, bu addım təhlükəsizlik məqsədi daşıyır.

Hazırda aksiya iştirakçıları Bakının mərkəzinə doğru yürüş etməyə cəhd göstəriblər.

Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova da hadisə yerinə gəlib. O, aksiya keçirənlərlə danışıqlar aparır.



Sahibkarlardan biri APA-ya bildirib ki, bu gün mağazaları açmayıblar. Onlar ticarət mərkəzinin rəhbərliyi tərəfindən əlavə ödənişlərin tətbiqinə etiraz olaraq bu addımı atıblar.

Polis aksiya iştirakçılarına dağılmaq barədə xəbərdarlıq edib. Lakin aksiyaçılar xəbərdarlığa qulaq asmayaraq polis əməkdaşlarına daş və müxtəlif əşyalar atmağa başlayıblar. Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Aksiya iştirakçıları arasında saxlanılanların olduğu bildirilir.



Aksiya iştirakçıları arasında saxlanılanlar və xəsarət alanlar var. Polis əməkdaşları arasında da xəsarət alanların olduğu bildirilir.

Hazırda Bakı-Salyan şosesinin nəqliyyatın hərəkəti tam bərpa olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG