Accessibility links

Türkiyənin baş naziri Binəli Yıldırım iqtidar partiyasının prezidentlik sisteminin təsis edilməsinə dair referenduma dəstək məqsədilə "Evet" kampaniyasına başlayıb. Tənqidçilər prezidentlik sisteminə keçidin prezident Rəcəb Tayyib Ərdoğanın bütün səlahiyyətləri öz əlində cəmləşdirməsinə gətirib çıxaracağından ehtiyat edir.

Binali Yıldırım şənbə günü Ankarada keçirdiyi kampaniya tədbirində təklif olunmuş yeni sistemin Türkiyəni daha güclü edərək, ölkənin terror təhlükələrinin qarşısını ala bilmək və iqtisadiyyatı dirçəltmək qabiliyyətini artıracağını deyib.

"Biz gələcəkdə Türkiyənin daha güclü olması yolunda ilk addımları atırıq"-deyə Binəli Yıldırım bildirib.

Konstitusiyaya təklif olunmuş dəyişikliklərlə bağlı referendum aprel ayının 16-a təyin olunub. Bu islahatlar prezidentin icraedici hakimiyyətinin güclənməsinə və baş nazir postunun ləğvinə yol açır.

Opponentlər bildirir ki, təklif olunmuş sistem Ərdoğanın səlahiyyətlərinin artırılmasına gətirib çıxararaq, nəzarət və tarazlığın təmin olunmasını çətinləşdirəcək.

XS
SM
MD
LG