Accessibility links

Britaniyada alimlər "bionik insan" yaradıb


Böyük Britaniyada robot mütəxəssisləri bir milyon dollar dəyərində süni orqanlar, sintetik qan və robot qol və ayaqları olan bionik insan yaradıb.

Təxminən iki metr hündürlüyündə olan "insan" London Elmi Muzeyində nümayişə çıxarılıb.

Reuters xəbər agentliyi bildirib ki, aparıcı alimlərdən ibarət qrup robot insanı Britaniya televiziyasında yayımlanan `Bionik İnsanı Necə Yaratmaq Olar?` adlı sənədli film üçün hazırlayıb.

"Bionik insan"ın tərkibinin yaradılmasında protez texnologiyaları sahəsində son ixtiralardan istifadə edilib. Protez orqanlara mədəaltı vəzi, böyrək, dalaq və sünü qan daxildir.
XS
SM
MD
LG