Accessibility links

Bio-yanacağa tələbatın artması ərzağın bahalaşmasına səbəb oldu

  • Nərminə Cəlalqızı

Bio-yanacağa tələbatın artması ərzağın bahalaşmasına səbəb oldu

Bio-yanacağa tələbatın artması ərzağın bahalaşmasına səbəb oldu

Birləşmiş Ştatlarda mal-qara yeminin qiymətinin artması, ət və süd məmulatlarının bahalaşmasına səbəb oldu

Çoxları ərzaq qiymətlərinin qalxmasının səbəbini bio-yanacağa tələbatın artmasında görür. Bir neçə ilin içərisində ABŞ-ın etanol sənayesi əkilən qarğıdalınıın dörddə birini istehlak edir. Texas ştatının Meksika Körfəzi boyunca regionundakı Heriford Yanacağın Bərpası təşkilatı ölkəni etanolla təmin edən 200-ə qədər zavoddan biridir.

Perdyu Umniversitetindən iqtisadçı Valli Tayner qarğıdalıdan istehsal edilən etanolun hal-hazırda Birləşmiş Ştatlarda istifadə edilən yanacağın 10 faizini təşkil etdiyini və bunun ölkədə ərzaq qiymətlərinin artmasının səbəblərindən biri olduğunu deyir. “Etanoldan istifadə edilməsi qarğıdalının qiymətinin artmasına səbəb oldu. Bu isə ərzaq qiymətlərinin qalxmasına səbəb olan amillərdən biridir.”

Birləşmiş Ştatlarda mal-qara yeminin qiymətinin artması, ət və süd məmulatlarının bahalaşmasına səbəb oldu. Action-Aid təşkilatından təhlilçi Mari Brill qiymətlərin əsasən xaricdən mal alan inkişaf etməkdə olan ölkələrdə qalxdığını deyir. “Əgər idxal edilən qarğıdalının qiyməti ildə 80 faizdən 122 faizə qalxırsa, bunun təsirləri güclü olur.” -deyə, Mari Brill bildirir.

Action-Aid və 89 digər qrupun Konqresdən etanol sənayesi üçün istədiyi 6 milyard dollar yardım 2011-ci ilin sonunda başa çatdı. Keçən il ölkənin nəhəgn defisitlə üzləşdiyi bir vaxtda subsidiyalar Konqresin başlıca hədəfinə çevrildi.

Yanacağn Bərpası Assosiasiyasından Bob Dinnen istehsal inkişaf etdiyi üçün yardımın davam etməsi yolunda mübarizə apardığını deyir. “Biz daim vergiverənlərdən asılı qalmaq istəmirdik. İndi elə bir nöqtəyə çatmışıq ki, artıq buna ehtiyacımız yoxdur."

Lakin təhlilçilər istehsalın güclənməsi səbəbinin təkcə dotasiya deyil, 2077-ci ildə prezident Corc Buşun etanol da daxil edilməklə, yerli istehsalın artırılması barədə qanuna imza atması olduğunu deyirlər.

XS
SM
MD
LG