Accessibility links

Elm

Bir-biri ilə danışan maşınlar [Video]


Avtomobildən-avtomobilə və ya qısa olaraq adlanan V2V qısa məsafəli kommunikasiya cihazı saniyədə 10 dəfə sürət, məkan, akselerasiya və əyləc kimi mühüm məlumatlar avtomobillər arasında paylaşılacaq.

Avtomobillər 300 metr uzaqlıqdan təhlükə riskini hesablayacaq və sürücüləri xəbərdar edəcək və ya qəzanı dəf etmək üçün avtomatik ölçü götürəcək.

Sürücülər təhlükə siqnallarını görəcək, həmçinin oturacaqlarının vibrasiyası vasitəsilə bunu hiss edəcəklər.

ABŞ Milli Avtomagistiral Təhlükəsizlik Administrasiyası yeni sistemin avtomobil qəzalarını, xüsusəndə spirtli içkinin səbəb olmadığı qəzaları 80 faiz azaldacağına ümid edir.

ABŞ Nəqliyyat Nazirliyindən Qreq Vinfri bildirib ki, yeni texnologiya avtomobil qəzalarına qarşı münasibəti dəyişdirəcək.

"Buna belə baxmaq olar ki, 50 illik nəqliyyat təhlükəsizliyi əsasən qəzalarda sağ qalmaq üzərinə cəmləşmişdi. İndi isə biz gələcəyə qəzaları tamamilə dəf edən texnologiya çərçivəsində baxırıq", deyə Qreq Vinfri bildirir.

Tənqidçilər V2V texnologiyasını inqilabi hesab edir, ancaq onlar ötürücülər arasında siqnalların qarışacağının mümkün ola biləcəyini deyirlər.

Skot Belçer Amerika Ağıllı Nəqliyyat Cəmiyyəti təşkilatının rəhbəridir.

"Əgər biz bu spektrumu digərləri ilə bölüşsək ki, avtomobillər bu məlumatdan faydalansın və qəzaların qarşısı alınsın, biz bunu edə bilməyəcəyik, çünki başqası da spekturumu işlədir", Skot Belçer bildirir.

Belçer deyir ki, cəmiyyət həmçinin şəxsi həyata müdaxilədən, sürücülərin və onların sürmə vərdişlərinin izlənməsindən narahatdırlar.

Dövlət təşkilatları və özəl sektor artıq araşdırma üçün miliyard dollara yaxın investisiya ayırıb.

Rəsmilər yeni texnologiyanın 2017-ci ildən başlayaraq avtomobillərdə istifadəsinin icbari olacağına ümid edirlər və bunu 21-ci əsr nəqliyyat sistemi üçün atılan ilk addım kimi görürlər.
XS
SM
MD
LG