Accessibility links

Bir qrup jurnalist və hüquq müdafiəçisi Naxçıvana səfər edib (yenilənib)


Bir qrup jurnalist və hüquq müdafiəçisi Naxçıvana səfər edib (yenilənib)
Bir qrup jurnalist və hüquq müdafiəçisi Naxçıvana səfər edib (yenilənib)

20 nəfərlik heyətin tərkibinə 6 KİV rəhbəri, 7 hüquq müdafiəçisi, 7 nəfər jurnalist daxildir.

Azərbaycanın 20 nəfər nüfuzlu media orqanlarının redaktorları, tanınmış hüquq müdafiəçiləri və jurnalistlər Naxçıvana Muxtar Respublikasına səfər edib.
Turan Agentliyinin Naxçıvana səfər etmiş direktoru Mehman Əliyev bildirib ki, 20 nəfərlik heyətin tərkibinə 6 KİV rəhbəri, 7 hüquq müdafiəçisi, 7 nəfər isə jurnalist daxildir.

Onlar bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun bölgə müxbiri Həkimeldostu Mehdiyevin Naxçıvanın Şərur rayon məhkəməsində keçirilən məhkəmə prosesində iştirak edib. Müxbir elektrik enerjisindən qanunsuz istifadədə ittiham olunur. O, Almaniyanın Frankfurter Allgemeine Zeitung qəzetinin müxbiri Mixael Lüdviqi Naxçıvanda müşayiət edəndən sonra evinin elektrik enerjisi kəsilib və ittiham irəli sürülüb.

Jurnalistlər və hüquq müdafiəçiləri günün ikinci yarısında avqustun 28-də Naxçıvan Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edildikdən sonra müəmmalı şəkildə vəfat etmiş Culfa rayon sakini Turac Zeynalovun ailəsinə baş çəkib. Naxçıvan Milli Təhlükəsizlik nazirliyinin rəhbərliyi və Naxçıvan Muxtar Respublikasının ombudsmanı isə jurnalistlər və hüquq müdafiəçiləri ilə görüşməkdən imtina edib.

Son məlumata görə, Naxçıvanda səfərdə olan jurnalistlər və hüquq müdafiəçilərindən Muxtar Respublikanı tərk etmələri tələb olunub. Turan Agentliyinin məlumatına görə, Naxçıvan Daxili İşlər Nazirliyinin əməkdaşı jurnalistlərr və hüquq müdafiəçilərindən nazirliyə şikayət edildiyini bildirib.

Xatırladaq ki, Naxçıvan MR Azərbaycanın tərkib hissəsidir. Konstitusiyaya görə, vətəndaşların ölkənin istənilən ərazisində sərbəst hərəkət etmək və yaşamaq hüququ var.

XS
SM
MD
LG