Accessibility links

Bir qrup müxalifət fəalının məhkəməsi başlanıb


Bir qrup müxalifət fəalının məhkəməsi başlanıb
Bir qrup müxalifət fəalının məhkəməsi başlanıb

Müttəhimlər kürsüsündə Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı, partiyanın Gənclər Təşkilatının sədri Tural Abbaslı, Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı, partiyanın şöbə müdiri Məhəmməd Məcidli əyləşib.

Bakının Səbael rayon məhkəməsində İctimai Palatanın 2 aprel etiraz aksiyasında iştiraka görə həbs edilmiş dörd müxalifət fəalının işi üzrə proses başlayıb. Müttəhimlər kürsüsündə Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı, partiyanın Gənclər Təşkilatının sədri Tural Abbaslı, Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı, partiyanın şöbə müdiri Məhəmməd Məcidli əyləşib.
İclasda vəkillər müttəhimlərin dəmir barmaqlıqlar arxasından çıxarılması, foto və video çəkiliş aparılmasına icazə verilməsi, Bakı merinin şahid qismində dəvət olunması, əlavə şahidlərin dəvət olunması haqqında vəsatətlər qaldırıb. Hakim yalnız müttəhimlərin dəmir barmaqlıqlar arxasından çıxarılması ilə bağlı vəsatəti təmin edib.
Sonra dövlət ittiham aktı oxunub. Müttəhimlər özlərini təqsirli bilməyib. Proses sentyabrın 5-də davam edəcək.
Müxalifət fəalları ictimai asayişi pozmaqda və hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə ittiham olunur.

XS
SM
MD
LG