Accessibility links

Hollandiya rəsmilərinin bildirdiyinə görə, quş qripinin qarşısını almaq məqsədilə 150 000 toyuq məhv edilib. Bu, H5N8 virusunun Avropada ikinci dalğasıdır. Birinci dalğa bu ayın əvvəlində Almaniya fermalarından birində aşkar edilmişdi.

Hollandiya İqtisadiyyat Nazirliyinin sözçüsü bazar günü deyib ki, toyuqlarda yüksək patogen aşkar edildiyinə görə, hökumət toyuq, yumurta və peyin nəqliyyatına 72 saatlıq qadağa qoyub.

Avropa Komissiyasının sözçüsü Rikardo Kardoso Reuters xəbər agentliyinə təşkilatın bazar ertəsindən başlayaraq təcili tədbirlər həyata keçirəcəyini deyib. Bazar ertəsindən toyuq və yumurta satışına qadağa qoyulacaq.

Bu arada Britaniya Yorkşirdəki ördək fermasında da quş qripi virusunun aşkar edildiyini təsdiq edib və virusun qarşısının alınması üçün quşların öldürüldüyünü bildirib.

XS
SM
MD
LG