Accessibility links

Birgə iş məkanları [Video]


Birgə iş məkanları
please wait

No media source currently available

0:00 0:03:02 0:00

Birgə iş məkanları

İş yeri dedikdə ilk əvvəl ağla ənənəvi ofis gəlir. Uber və Airbnb kimi şirkətlərin iqtisadiyyatı bölüşməsi ABŞ və dünyada son illərdə yeni iş mühiti yaradıb.

Bu nə bar, nə də kafedir. Bu heç yataq otağı da deyil. Bura necə deyərlər birgə iş məkanıdır. Son illər Amerikada bu metoddan istifadə edilir. Bunlardan biri WeWork şirkətidir.

Biz insanlara həmişə eyni yerdə deyil, nə zaman və harada işləmək imkanı yaratmışıq.

“Bu işin yaxşı tərəfi birgə işləməkdir. Bu binada vəkildən tutmuş, hesabdara qədər insan çalışır. Mən burda dizaynlarıma və veb səhifəmə yardım ala bilirəm," deyə Karl Pier bildirir.

İqtisadi paylaşma bizneslərin ənənəvi işini dəyişib. Ev alqı-satqısı sənayesi də istisna deyil. Vaşqinton və dünyada işçilər yeni mütidə çalışmaqla infrastruktur, xidmətlər, tədbirlər və texnologiya ilə bölüşür.

WeWork-un işçiləri fərqli planlara malikdir. 45 dollardan minlərlə dollar qədər ofis təchizatı, konfrans zalları, iş masaları və sakit iş yerləri kimi müxtəlif obyektlərdən istifadə edilir. İşçilər itlərini belə işə gətirə bilir.

Erika Ettin insanlara onlayn tanışlıq saytının təsisçisidir.

“Burda müştərilər, biznes kontaktları əldə edirəm. Mən işim üçün videolar çəkməli idim. Burda həmin imkanı əldə etmişəm. Belə bir şəbəkə yaxşı bir imkandır. Əks təqdirdə bu insanlar həyatlarında heç vaxt görüşməyəcəkdi,” eyə o bildirir.

Cove da birgə çalışmaq imkanlarından biridir. Təsisçi Adam Seqal Vaşqinton və Boston şəhərlərində insanların bu imkandan istifadə etməsinə yadım edir.

Bu tip iş mükəmməl ideyadır. Həm insanlar arasında olursan, həm də səsdən yorulmursan. Burda nə espresso maşını çalışır. Nə də blender.
Kanon

“Biz insanlara həmişə eyni yerdə deyil, nə zaman və harada işləmək imkanı yaratmışıq,” deyə o bildirir.

Seqalın dediyinə görə, ayda cəmisi 89 dollar ödəməklə 4 saat Vaşinqtonun 9 məkanında işləmək mümkündür. Üzvlər bunun üçün giriş kartlarından istifadə edir.

Frilanser Li Kanon deyir ki, Cove onu istədiyi rahatlıqla təmin edib.

“Bu tip iş mükəmməl ideyadır. Həm insanlar arasında olursan, həm də səsdən yorulmursan. Burda nə espresso maşını çalışır. Nə də blender,” Kanon deyir.

Millenium nəslini cəlb edən bu imkan insanlarda icma təsəvvürü yaradır. Dmitri Adler and Merav Yuravlivker Data Society şirkətinin həmtəsisçiləridir. Bu şirkət insanlara məlumat bazasından effektiv şəkildə istifadə edilməsini öyrədir.

“40 min nəfərdən ibarət bir insanı idarə etmək çətindir. Bunün üçün biz applikasiyalar yaradır, onu hər hansısa müəyyən şəhər və ya bütöv icma üçün istifadəyə veririk,” deyə Merav bildirir.

Birgə çalışma imkanının vətəni Amerikadır. İlk dəfə bu layihənin təməli 2005-ci ildə San Fransiskoda qoyulub. Lakin çox çəkmədən bu layihə ölkə və dünya miqyasında genişlənib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG