Accessibility links

Birinci xanım Melaniya Tramp Beynəlxalq Qadın Şücaəti mükafatlarını təqdim edib


ABŞ-ın birinci xanımı Melaniya Tramp Vaşinqtonda 13 qadına Beynəlxalq Qadın Şücaəti mükafatlarını təqdim edib.

“Mənimlə bu səhnədə olan mükafata layiq görülmüş qadınlar öz hüquqları və başqalarının hüquqları uğrunda mübarizə aparıb. Onların hər biri hökumətlər, məhkəmələr, gender ayrı-seçkiliyi, terrorizm, müharibə, korrupsiya kimi qüvvələrlə mübarizə aparıb və hər zaman həbs olunmaq və ölüm təhlükəsi ilə qarşılaşıb”-deyə Melaniya Tramp bildirib.

ABŞ-ın birinci xanımı Melaniya Tramp Suriyadan Karolin Tahhan Faxaxa Beynəlxalq Qadın Şücaəti mükafatını təqdim edir
ABŞ-ın birinci xanımı Melaniya Tramp Suriyadan Karolin Tahhan Faxaxa Beynəlxalq Qadın Şücaəti mükafatını təqdim edir

“Bu gün biz Birləşmiş Ştatlar beynəlxalq ictimaiyyətlə birlikdə bunları gördüyümüzə dair aydın mesaj göndərməliyik. Qadınların əldə etdiyhi hər bir möcüzəli qələbəyə işıq salmağa davam etmək bizim borcumuzdur. Onların hər biri öz hüquqları uğrunda mübarizə apara bilməyənlər üçün dəyişikliklərin önündə getməyə qadirdir”-deyə birinci xanım Melaniya Tramp sözünə davam edib.

ABŞ-ın birinci xanımı Melaniya Tramp Papua Yeni Qvineyadan Veronika Simoguna Beynəlxalq Qadın Şücaəti mükafatını təqdim edir
ABŞ-ın birinci xanımı Melaniya Tramp Papua Yeni Qvineyadan Veronika Simoguna Beynəlxalq Qadın Şücaəti mükafatını təqdim edir

ABŞ dövlət katiblərinin Qadın Şücaəti mükafatı dünya ölkələrində sülh, ədalət, insan hüquqları, gender bərabərliyi və qadınlara bərabər imkanların verilməsi uğrunda çox vaxt böyük şəxsi risklə qaşılaşmalarına baxmayaraq cəsarət və liderlik göstərən qadınlara verilir.

2007-ci ildə təsis edildikdən bəri mükafat dünyanın 60 ölkəsində 100-dən çox qadına təqdim edilib.

ABŞ-ın birinci xanımı Melaniya Tramp Kolumbiyadan Nataliya Pense de Leona Beynəlxalq Qadın Şücaəti mükafatını təqdim edir
ABŞ-ın birinci xanımı Melaniya Tramp Kolumbiyadan Nataliya Pense de Leona Beynəlxalq Qadın Şücaəti mükafatını təqdim edir

Melaniya Tramp mükafatı ABŞ Dövlət Departamentində dövlət katibinin siyasi məsələlər üsrə yardımçısı Tomas Şannonla birlikdə təqdim edib.

Mükafatların təqdimatı mərasimindən sonra 13 qadın Beynəlxalq Liderlik Proqramı çərçivəsində Amerikanın müxtəlif şəhələrinə səfər edəcək. Səfərin sonunda qadınlar dünya ölkələrində qadın və qızların həyatının yaxşılaşması məqsədilə gələcək əməkdaşlığı müzakirə etmək üçün Los Anceles şəhərində konfransa qatılacaq.

2017-ci il Qadın Şücaəti mükafatı aşağıdakı qadınlara təqdim edilib.

Şarmin Akter, erkən yaşlarında ərə verilən qızların hüquqlarının müdafiəçisi, Banqladeş.

Malebogo Molefhe, insan haqları müdafiəçisi, Botsvana.

Nataliya Pense de Leon, Nataliya Pense de Leon Fondu, Kolumbiya.

Rebekka Kabuqo, siyasi və sosial fəal, Konqo Demokratik Respublikası.

Cənnət Əl Gezi, İraq Qadın Azadlığı Təşkilatı, İraq.

Aichato Ousmane İssaka, Niamey hərbi xəstəxanasında sosial işlər üzrə direktor müavini, Niger.

Veronika Simogun, Dəyişiklik uğrunda Ailə Assosiasiyası, Papua Yeni Qvineya.

Sindi Arlette Kontreras Bautista, hüquqşünas, Heç bir qadın kənarda qalmamalıdır fondunun təsisçisi, Peru.

Sandya Eknelygoda, insan haqları fəalı, Şri Lanka.

Karolin Tahhan Faxax, Məryəmin Qızları Xristianlara Yardım qrupunun üzvü, Suriya.

Saadet Özkan, təhsil və gender fəalı, Türkiyə.

Nguyen Ngoç Nhu Quyunh, bloger və ətraf mühit fəalı, Vyetnam.

Fadia Nəcib Tabet, insan haqları fəalı, Yəmən.

XS
SM
MD
LG