Accessibility links

Birləşmiş Ştatlarda Xatirə günüdür [Fotoqalereya]


Birləşmiş Ştatlarda müharibədə həlak olan amerikalıların anıldığı Xatirə günü qeyd edilir.

ABŞ prezidenti Barak Obama Vaşinqton yaxınlığındakı Arlinqton qəbiristanlığında Naməlum əsgərin məzarı önünə əklil qoyub.

Xatirə günündən öncə Əfqanıstana gözlənilmədən səfər edən prezident Obama əsgərlər qarşısında çıxışında hərbi qələbələrin baha başa gəldiyini deyib. O, Əfqanıstanda həlak olmuş 2 min 200 Amerika əsgərini vətənpərvər adlandırıb.

ABŞ-da Xatirə hər il may ayının sonuncu həftəsinin bazar ertəsi günü qeyd edilir. Bu gün amerikalılar ölkənin hər yerində müharibədə həlak olanların xatirəsini anır.
XS
SM
MD
LG