Accessibility links

Birləşmiş Ərəb Əmirlikləri İŞİD-ə qarşı koalisiyanı quru qüvvələrlə təchiz etməyə hazırdır


Birləşmiş Ərəb Əmirlikləri Suriyada İŞİD-ə qarşı beynəlxalq koalisiyanı dəstək və təlim məqsədilə quru qüvvələrlə təchiz etməyə hazır olduğunu bildirib.

Suriyaya quru qüvvələrin göndərilməsi və bunun hansı şərtlərlə edilə biləcəyi haqda sualın cavabında Əmirliklərin Xarici İşlər naziri Ənvər Qarqaş deyib: "Bizim mövqeyimiz bu olub ki, İŞİD-ə qarşı real kampaniya quru qüvvələrin daxil edilməsindən ibarətdir."

Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər naziri Ənvər Qarqaş nəzərdə tutulan potensial əsgəri qüvvənin sayının böyük olmayacağını deyib.

"Burada min nəfərlik qüvvədən söhbət getmir, biz irəli gedən, təlim və dəstək verən qüvvədən danışırıq...Bizim mövqeyimiz eyni olaraq qalır və hadisələrin necə inkişaf edəcəyinə baxmalıyıq"-deyə o bildirib.

Nazir bu səylərdə Amerikanın liderlərinin zəruri olduğunu deyib.

O eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərinin İslam Dövləti qrupuna qarşı beynəlxalq səylərin ləng getməsindən narazı qaldığını deyib.

Səudiyyə Ərəbistanı da keçən həftə ABŞ-ın başçılığı ilə İŞİD-ə qarşı mübarizə aparan koalisiyanın belə əməliyytlara başlamaq qərarı versə, Suriyada quru qüvvələrin əməliyyatlarında iştirak etməyə hazır olduğunu bildirib.

Səudiyyə Ərəbistanının bunu elan etməsinin ardınca Suriyanın Xarici İşlər naziri Valid Muallem Dəməşqin ölkə ərazisinə qurudan müdaxiləyə müqavimət göstəriləcəyini və təcavüzkarların vətənə tabutlarda göndəriləcəyini deyib.

Səudiyyə Ərəbistanı və Körfəz bölgəsinin başqa ölkələri Suriya prezidenti Bəşar Əl-Əsədin əleyhdarıdır.

XS
SM
MD
LG