Accessibility links

Birləşmiş Ştatlarda vətəndaş müharibəsindən 150 il keçir (video)


Birləşmiş Ştatlarda vətəndaş müharibəsindən 150 il keçir (video)

Birləşmiş Ştatlarda vətəndaş müharibəsindən 150 il keçir (video)

Yarım milyondan çox amerikalının həlak olması ilə nəticələnən müharibənin səbəbləri haqda mübahisələr davam edir

Birləşmiş Ştatlarda vətəndaş müharibəsi 150 il bundan əvvəl bu həftə başladı və ABŞ tarixində ən dəhşətli toqquşma oldu. Bir əsr yarımdan sonra belə müharibənin səbəbləri müzakirə mövzusudur.

Amerika vətəndaş müharibəsində iştirak edən qaradərili əsgərlər cənub ştatlarının təşkil etdikləri Konfedarasiyaya qarşı vuruşan şimal ordusunda xidmət göstərən 200 000 nəfərdən bir neçəsinin nadir şəkilləridir. Bu şəkillər bəlkə də bir çox amerikalıya yad olan həyatı nümayiş etdirir. Bu əsgərlərdən biri Adel Loqen Aleksandrın ulu babası Con Robert Bond olub. O, 1846-cı ildə İngiltərədə doğulmuşdu.

Birləşmiş Ştatlarda vətəndaş müharibəsindən 150 il keçir (video)

Birləşmiş Ştatlarda vətəndaş müharibəsindən 150 il keçir (video)

Adel Loqen:"Anamın dediyinə görə, 17 yaşında ikən babam Birləşmiş Ştatlarda afrikalıların azadlığı uğrunda mübarizə getdiyini eşidən kimi Massaçusetsə gəldi, çünki o, qulların azad olunmasına kömək etmək istəyirdi".

Adel Aleksandr tarixçidir. O deyir ki, ulu babası Şimalın hərbi dəniz donanmasına qoşulur, və bir toqquşma zamanı az qala həlak olur. Bu Aleksandrın ailəsi haqqında öyrəndiyi çoxsaylı faktlardan biridir. O deyir ki, ulu babası gələcək nəsillər üçün fədakarlıq etdi.

Bunlar Bond ailəsinin vətəndaş müharibəsindən sonrakı tarixi haqda kitab yazmaq üçün Aleksandra ilham verib. Aleksandr apardığı təhqiqatlar zamanı Virginiya ştatında qul doğulmuş ata tərəfdən Varren Loqan adlı babası haqda çoxlu məlumat topladı.

Adel Loqen: "Onu Pokahantes adlı qadın dünyaya gətirir. Ehtimal edilir ki, o qadın yerli qadın olub. Onun atası isə ağdərili olub. O, yəqin ki, qadının sahibi olub. Lakin afro-amerikalı lider Buker Vaşınqton kimi o, məktəbə getmək imkanına malik olur".

Aleksandr deyir ki, vətəndaş müharibəsi təkcə qullara azadlıq vermədi, o həm də afrikalı amerikalılara öz həyatlarını özləri idarə etmələri üçün səlahiyyət verdi. Aleksandr deyir ki, vətəndaş müharibəsi Birləşmiş Ştatları dünyada çoxirqli demokratik ölkə kimi tanıtdı.

Lakin bunun mənfi tərəfləri də mövcuddur. Məsələn, 2005-ci ilin statistikasına görə, afro-amerikalı uşaqların yarısı tək valideyinli həyat yaşayır və qaradərili amerikalılar arasında işsizlik 15.5 faizdir. Bu, ümummilli işsizlik göstəricilərindən iki dəfə artıqdır.

XS
SM
MD
LG