Accessibility links

Birləşmiş Ştatlarda qızıl axtarışına maraq artır (video)

  • Amerikanın səsi

Birləşmiş Ştatlarda qızıl axtarışına maraq artır (video)

Birləşmiş Ştatlarda qızıl axtarışına maraq artır (video)

Dünyada qızılın qiyməti qalxdıqca Birləşmiş Ştatların müəyyən yerlərində qızıl istehsalına maraq artır. Tod Bonşire Virciniya ştatının Qoldvin şəhərində 18-ci əsrdə tikilmiş və sonradan təmir edilmiş Monroe Park adlı qızıl mədəni düşərgəsinin meneceridir. Tarixçi burada təlim zamanı ziyarətçilərə qızıl mədəninin zəngin tarixi və qızılın axtarılmasını öyrədir.

Tod Bonşire: `Heyran edicidir, buraya kəşfiyyat aparatları almağa və ərazidə kəşfiyyat işləri aparmaq üçün nə qədər insan gəlməyə başlayıb. Əsasən də indi, qızılın unsiyası təxminən 1800 dollara qalxan vaxt qızıl axtarışına maraq çox artıb.`

Birləşmiş Ştatlarda qızıl axtarışına maraq artır (video)

Birləşmiş Ştatlarda qızıl axtarışına maraq artır (video)

1782-ci ildə Tomas Ceferson Virciniya haqda öz qeyd kitabcasında belə yazmışıdır - `Bir nəfər Frederiksburq yaxınlığında tərkibində qızıl olan kvars tapır və qızıl tapma arzusu bütün ştata yayılır.` 19-cu əsrdə məhs bu ərazidə 19 qızıl mədəni fəaliyyət göstərir. Lakin İkinci Dünya Müharibəsi zamanı bu mədənlər mühüm hesab edilməyərək bağlanır.

Tərkibinidə qızıl olan kvarslar Birləşmiş Ştatların şərqində rast gəlinir. Mədən işçiləri çox az çəkidə qızıl əldə etmək üçün yerdən minlərlə kiloqram daş qazıb çıxarmalıdırlar. Bu gün kəşfiyyatçılar qızıl emal edirlər. İllər uzunu yağan yağış və qar kvars daşlarını əridərək qızılı daşın tərkibindən çıxarıb.

Birləşmiş Ştatlarda qızıl axtarışına maraq artır (video)

Birləşmiş Ştatlarda qızıl axtarışına maraq artır (video)

Tod Bonşire: `Daş qırıntılarını su ilə dolu qabda silkələyəndə yüngül materiallar suyun üzünə çıxır və ağır materiallar, yəni qızıl və tərkibində dəmir olan qara qum adlanan hissə qabın dibinə çökür.`

Qızıl 19 dəfə sudan ağırdır. Böyük və sıx materiallar suyun üzünə çıxır. Ağır materiallar isə suyun dibində qalır. Lakin qızıl axtarmaq işi asan iş deyil. Bill Oliver bu işi özü üçün təqaüd hobbisi kimi seçib. Onun sözlərinə görə heç kim bilməyir nə zaman külçə tapa bilər. Burada 10 il ərzində heç kim külçə tapmayıb ama burada külçə var. Sadəcə olaraq biz hələ onu tapmamışıq, deyə o bildirir. Çoxları üçün qızıl axtarmaq sadəcə ehtirasdır və bu insanlar ümid edirlər ki, nə vaxtsa böyük külçə tapa biləcəklər.

XS
SM
MD
LG