Accessibility links

Birləşmiş Ştatlarda təhsil almaq üçün viza şərtləri (audio)


Birləşmiş Ştatlarda təhsil almaq üçün viza şərtləri (audio)
Birləşmiş Ştatlarda təhsil almaq üçün viza şərtləri (audio)

Müsahibim Amerikanın bir neçə ştatında fəaliyyət göstərən hüquqşunas-vəkil İsmayıl Şaxtaxtınskidir.

Bakhtiyar Zamanov: Birləşmiş Ştatlarda işlədiyiniz illər ərzində sizə mühacirət, təhsil və başqa məsələlərlə bağlı müxtəlif müraciətlər olur. Mənim sualım Amerikada təhsillə bağlıdır. Amerikada təhsil almaq üçün ölkəyə hansı vizalarla gəlmək olar?

İsmail Şaxtaxtinski: Amerikada üç növ viza ilə təhsil almaq olar. Bunlardan biri F1, o birisi J1, sonuncusu isə M1 vizasıdır. Təhsil almaq üçün ən uyğun olan F1 vizasıdır. F1 vizası olan tələbələrə daha tez-tez rast gəlmək olur. Amerikada universitetdə və ya dil kurslarında oxumağa gələn tələbələr F1 vizası almalıdır.

J1 vizası adətən Exchange proqramı, yəni tələbə mübadiləsi programı ilə gələn tələbələrə verilir. Bu proqram iki ölkə arasında olan sazişə əsasən bir ölkədən o biri ölkəyə tələbə göndərilməsini nəzərdə tutur. Bundan başqa hökumət proqramı və ya sponsor tərəfindən maliyyələşdirilən proqramlarda iştirak edən tələbələr J1 vizası alırlar. İki növ J1 vizası mövcuddur. Bunlardan biri Amerikada yay mövsümündə işləmək üçün verilir. Bu proqrama Work and Travel deyilir.

İkinc növ J1 vizası isə hökumət tərəfindən maliyəlləşdirilmiş Edmund S. Muskie proqramında iştirak edən tələbələrə verilir. Bu proqram tələbələr arasında daha populyardır. Bu növ J1 vizasının mənfi tərəfi ondan ibarətdir ki, tələbə Amerikada universiteti bitirdikdən sonra iki il müddətində Amerikadan xaricdə yaşamalıdır.

M1 vizası isə universitet dərəcəsi olmayan, yəni texnikum səviyyəli Vocational School deyilən bir proqram əsasında Amerikada təhsil almağa gələn tələbələrə verilir. M1 vizasının mənfi tərəfi ondan ibarətdir ki, onu gələcəkdə H1, yəni iş vizasına dəyişmək mümkün deyil. Amerikada təhsili bitirdikdən sonra əksər tələbələrin məqsədi Amerikada qalaraq karyeraya başlamaq və ya davam etdirmək olur. M1 vizası ilə bu mümkün olmur və tələbə ölkədən çıxmaq məcburiyyəti qarşısında qalır.

Sual: İsmayıl bəy, bəzən azərbaycanlı tələbələr təhsil aldıqları müddətdə Azərbaycana səfər etməkdən ehtiyat edərək, təhsili başa çatdırmaq üçün yenidən Amerikaya qayıdanda viza problemləri ilə qarşılaşa biləcəklərini deyirlər. Sizcə tələbələr hansı səbəblərə görə vizalarını yeniləyə bilmirlər?

Birləşmiş Ştatlarda təhsil almaq üçün viza şərtləri (audio)
Birləşmiş Ştatlarda təhsil almaq üçün viza şərtləri (audio)

Cavab: Çox səbəb ola bilər. Bunlardan biri lazımı sənədləri və sübutları yığıb təqdim etməmək ola bilər. Başqa səbəb kimi hələ Amerikada ikən hansısa qanunun pozulması göstərilə bilər. Dövlət Departamenti və ya Mühacirət Agentliyi bu haqda xəbər tutursa, gələn dəfə viza üçün müraciət etdikdə həmin problem ortaya çıxa bilər. Bu hadisələrin baş verməməsi üçün Amerikada olan müddətdə daşıdığınız statusun qaydalarına riayət etmək və ya ilk dəfə viza alanda göstərdiyiniz sənədləri eynən növbəti dəfə də viza alarkən göstərmək lazımdır. Çox halda tələbələr ilk dəfə Amerikaya gələndə maddi dəstəyə malik olduqlarını, təhsil və yaşayış xərclərini ödəyə biləcəkkləri barədə sənədləri Konsulluğa təqdim edir. Lakin ikinci dəfə viza üçün müraciət edərkən həmin sənədlər təqdim edilmir və bu zaman Konsulluq Amerikada təhsilin davam etdirilməsi və yaşayış xərclərinin hansı şəkildə ödəniləcəyi barədə sual verə bilir.

Sual: Amerikada müvəqqəti işləmək icazəsi verən J1 vizası ilə ölkəyə səfər edən azərbaycanlılar onu F1 tələbə vizasına dəyişmək istəyəndə hansı probleblemlərlə üzləşirlər və bu problemlərin baş verməməsi üçün nə etmək lazımdır?

Cavab: Sizin sualınız birinci növ J1 vizasına aiddir. Yəni yay mövsümündə Ameirkaya işləməyə və səyahət etməyə gələn beynəlxalq tələbələrə aiddir. Bəli, çox vaxt tələbələr J1 vizasını F1 vizasına dəyişərək, Amerikada təhsil almaq istəyirlər. Bu zaman tələbələrin üzləşdikləri problemlər yenə də sənədləşdirmə ilə bağlı olur. Məsələn, Amerikada ikən J1 vizasını F1 vizasına dəyişmək üçün tələbə Amerikada aldığı təhsili öz ölkəsində necə tətbiq edəcəyini nümayiş etdirən sənəd təqdim etməlidir. Bundan başqa, tələbə Amerikada təhsil almaq üçün maddi dəstəyin olduğunu sübut edən sənəd göstərməlidir. Məsələn, tələbənin özü, valideyinləri, ya da Amerikada hər hansı bir şəxsin bank hesabı olduğuna dair sənəd göstərilməlidir və müəyyən başqa sənədləri doldurmalıdırlar.

Yaxşı olardı ki, J1 vizasını F1 vizasına dəyişib Amerikada təhsil almaq istəyən beynəlxalq tələbələr Amerikada olduqları müddətdə universitetə qəbul olunmaq üçün sənədləri toplayıb Azərbaycana qayıtsınlar və orada ABŞ Konsulluğuna bu dəfə artıq F1 vizası üçün müraciət etsinlər. Bu, ən düzgün yoldur. Bəzən J1 vizalı beynəlxalq tələbələr geri qayıtmağa risk etmək istəmirlər. Onlar fikirləşir ki, Azərbaycana qayıtsalar artıq Amerikaya gələ bilməyəcəklər. Buna görə də Amerikada olduqları müddətdə mövcud vizanı F1 vizasına dəyişməyə çalışırlar. Bu, əslində səhf fikirdir. Ona görə ki, Amerikada J1 vizasını F1 vizasına dəyişmək haqda müraciətə rədd cavabı verildikdən sonra xarici tələbə artıq öz ölkəsinə qayıtmalıdır. Öz ölkəsindən növbəti dəfə F1 vizası üçün müraciət edəndə isə artıq onu almaq daha çətin olur.

Sual: Amerikada təhsil almağa gələn ailəli tələbələr ailə üzvlərini özləri ilə gətirə bilərmi?

Cavab: Bəli, gətirə bilərlər.

Sual: Bunun üçün onlar nə etməlidir?

Cavab: Çox nadir hallarda ailə üzvlərinin hamısına viza verilir. Amerikaya ilk dəfə təhsil almağa gələrkən daha yaxşı olar ki, tələbə tək gəlsin. Bu, həm qanuni baxımdan, həm də şərait baxımından daha məqsədəuyğun olardı. Tələbə bir semester Amerikada universitetdə təhsil aldıqdan sonra onun ailəsi F2 vizası üçün müraciət edə bilərlər. Amma F2 vizasını almaq üçün yenə də tələbə və onun ailəsi sübut etməlidir ki, onların öz ölkələrinə bağlılığı var. Məsələn, ailə üzvünün işləməsi, uşaqların qayıtdıqdan sonra məktəbə gedəcəkləri barədə sənədlər göstərilməlidir və eyni zamanda tələbə ailəsinin Amerikada qalacağı müddətdə onları maddi baxımdan təmin edə biləcəyinə dair sənəd göstərməlidir. Daha yaxşı olardı ki, universitetdə oxuduğu müddətdə tələbə tətil mövsümündə bir dəfə öz ölkəsinə səfər etsin və ikinci dəfə artıq ailəsi ilə buraya gəlsin. Amma ilk dəfədən F2 vizası üçün müraciət etmək qanunidir və bəzi hallarda bu, alınır.

Sual: İsmayil bəy Amerikada təhsil alan tələbələrə başqa hansı məsləhətlər vermək istərdiniz və lazım olarsa onlar sizinlə əlaqə saxlaya bilərlərmi?

Cavab: Tələbə vizalarını aldıqdan sonra işlər bitmir. F1 vizasının öz şərtləri var. Məsələn, F1 vizası olan tələbələr üçün universitetdə həftədə 20 saat işləməyə icazə verilir. Amma F1 vizası olan tələbələrə universitetdən kənarda işləmək qadağandır. F1 vizalı tələbələrin əsas səhvi odur ki, onlar universitetin mühacirət məsələləri ilə məşğul olan nümayəndəsi ilə təmas qurmur. Məsələn, tələbələr hər semestr 12 kredit götürməlidir. Lakin bəzən onların bundan xəbərləri olmur və tələbə 12 deyil, 11 kredit götürür. Bu halda universitetin mühacirət məsələləri ilə məşğul olan nümayəndəsi tələbənin statusunu sistemdə ləğv edir və tələbə F1 statusunu itirir. Əlbətdə Azərbaycandan Amerikaya təhsil almağa gəlmək istəyən və ya Amerikada təhsil alan hər bir tələbə istədiyi zaman bizim şirkətlə əlaqə saxlaya bilər. Telefon nömrəmiz 1-703-527-1779-dur. İnternet ünvanımız isə ismail@islawfirm.com –dur.

XS
SM
MD
LG