Accessibility links

Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton Şərqi Asiyaya rəsmi səfərə başlayır


Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton Şərqi Asiyaya rəsmi səfərə başlayır

Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton Şərqi Asiyaya rəsmi səfərə başlayır

Bu gün Tokioya yola düşən xanım Klinton Yaponiya rəsmiləri ilə görüşəcək

Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton bir sıra mübahisəli məsələləri müzakirə etmək məqsədi ilə Şərqi Asiyaya 6 günlük səfərə başlayır. Bu gün Tokioya yola düşən xanım Klinton Yaponiyanın baş naziri Yukio Hatoyama və xarici işlər naziri Katsuya Okada ilə görüşəcək. İki ölkə arasında Birləşmiş Ştatların Yaponiyanın Okinava adasındakı hərbi dəniz bazasının köçürülməsi ilə bağlı fikir ayrılıqları var.

Bundan sonra xanım Klintonun Çinə səfəri planlaşdırılıb ki, o, şənbə günü Birləşmiş Ştatların Şanxayda Ekspo pavilyonunda nümayiş etdirdiyi sərgiyə qatılacaq. Xanım Klintonun bu ölkəyə səfəri ABŞ və Çin rəsmilərinin iqtisadi sahədə yüksək səviyyəli görüşləri ərəfəsinə təsadüf edir. Birləşmiş Ştatlar Çini milli valyutası olan yuan üzərində sərt nəzarəti mexanizmi qurmaqda və bununla da ucuz Çin mallarının xaricə ixracına zəmin yaratmaqda ittiham edir.

Bundan sonra isə xanım Klinton son zamanlar Şimali Koreya ilə münasibətlərinin kəskinləşdiyi Cənubi Koreyaya yollanacaq.

XS
SM
MD
LG