Accessibility links

Birma demokratlarının lideri BMT təmsilçisi ilə görüşüb


Birma demokratlarının lideri BMT təmsilçisi ilə görüşüb
Birma demokratlarının lideri BMT təmsilçisi ilə görüşüb

Birma demokratik hərəkatının lideri Aunq San Suu Çi ümid edir ki, yüksək rütbəli BMT rəsmisi ilə keçirdiyi görüş çoxsaylı görüşlərin birincisidir. Xanım San Suu Çi müxbirlərlə Ranqundakı gölkənarı evində danışıb. O, BMT Baş Katibi Ban Ki-munun administrasiya rəhbəri Vicay Nambiarla danışıqların nəticəsini alqışlayıb. 65 yaşlı Nobel sülh mükafatı laureatı noyarbın 13-də yeddi il sürən ev dustaqlığından azad edildikdən bəri demokratrik islahatların keçirilməsinə dair fikirlərini açıq şəkildə izhar edir. Eyni zamanda o, Birmanın hakim generallarını birbaşa tənqid etməkdən yayınır. BMT nümayəndəsi Vicay Nambiar həmçinin Birmanın xarici işlər naziri ilə görüşüb.

XS
SM
MD
LG