Accessibility links

Birmanın dövlət mediası ölkənin qərbində yerləşən Rakin ştatında Buddist və Müsəlman icmaları arasında baş verən zorakılıq nəticəsində mindən artıq evin yandırılması xəbərini yayıb.

“The New Light of Myanmar” dərgisinin verdiyi məlumatda paytaxt Sittvidən şimalda yerləşən Minbyar və Mrauk-U qəsəbələrində qiyamlar çərşənbə axşamına qədər davam edib.

Rakin ştatının baş hakimi Yu Hla Zein Amerikanın Səsinin Birma xidmətinə verdiyi məlumatda iğtişaşlar zamanı üç nəfərin öldüyünü təsdiqləyib.

Bu, iyun ayında bölgədə buddistlər və Rohinya müsəlmanları arasında baş verən genişmiqyaslı qarşıdurmalardan sonra ən şiddətli iğtişaşdır.
XS
SM
MD
LG