Accessibility links

Birmanın demokratik lideri Avropa səfərinin son dayanacağı Parisdədir


Fransa prezidenti Fransua Holland Fransaya səfər edən Birmanın müxalifət lideri Aunq San Suu Çini ölkəsinin Birmada demokratik keçidi dəstəkləyəcəyində əmin edib.

Birmanın demokratik lideri Avropaya səfərinin son dayanacağı olan dünən Parisə gedib. Cənab Hollandla birgə mətbuat konfransında Aunq San Suu Çi iqtisadiyyatın inkişaf etdirilməsi üçün ölkəsinin maliyə yardımına ehtiyacı olduğunu deyib. O, əlavə edib ki, iqtisadi inkişaf demokratiik islahatlar bahasına başa gəlməməlidir.
67 yaşlı Nobel laureatı Birmanın hərbi hökumətinin demokratiyanın cəmiyyətin müəəəyn bir zümrəsi deyil, ölkədə hər bir vətəndaşın mənafeyinə xidmət etməsinin başa düşməsinin vacibliyini vurğulayıb.
XS
SM
MD
LG