Accessibility links

Birma müxalifəti Qərbi danışıqlara çağırır


Birma müxalifəti Qərbi danışıqlara çağırır

Birma müxalifəti Qərbi danışıqlara çağırır

Qərb xalqın iqtisadi vəziyyətinin yaxşılaşdırılməsi məqsədi ilə sanksiyaları yüngülləşdirmək istəyir

Birmanın ən nüfuzlu müxalifət partiyası ordunun nəzarət etdiyi hökumətə qarşı sanksiyaların yenidən nəzərdən keçirilməsi ilə bağlı Qərb dövlətləri ilə danışıqlara çağırır. Qərb xalqın iqtisadi vəziyyətinin yaxşılaşdırılməsi məqsədi ilə sanksiyaları yüngülləşdirmək istəyir.

Nobel mükafatı laureatı Aunq San Suu Çinin rəhbərliyi ilə bu gün bəyanat açıqlayan Milli Demokratiya Liqası bildirib ki, 2000-dən çox siyasi məhbus həbs olduğu müddətdə sanksiyalar ləğv oluna bilməz.

Ancaq partiya demokratiya, insan haqları, və sağlam iqtisadi mühit fonunda sanksiyaların nə vaxt, necə və hansı şərtlərlə yenidən nəzərdən keçirilə biləcəyi barədə ABŞ, Avropa Birliyi, Kanada və Avstraliya ilə müzakirələr aparılmasına çağırıb.

Bəyanat həmçinin sanksiyaların effektivliyi ilə bağlı mütəxəssislərin araşdırma aparmasına səsləyir.

XS
SM
MD
LG