Accessibility links

Ağ Ev prezident Obamanın Birmaya tarixi səfərin edəcəyi haqda məlumatı təsdiq edib. Cənab Obama Asiyanın bu təcrid olunmuş ölkəsinə səfər edəcək ilk ABŞ prezidenti olacaq.

Ağ evin açıqladığı bəyanatda Cənubi Asiya ölkələri birliyi ASEAN-ın Kambocada keçiriləcək sammitə qatılacaq cənab Obamanın bu ayın sonu Birmaya səfər edəcəyi bildirilir.

Birma ABŞ prezidenti Barak Obamanın bu ay Birmaya səfər edəcəyini bəyan etmişdi.

ABŞ-la Birma arasında münasibətlər normallaşmağa başlayıb.

Birmada siyasi məhbuslar azad edilib, mediaya qoyulan məhdudiyyət aradan qaldırılıb, müxalifət patiyalarının fəaliyyətinə icazə verilib.

Bunun müqabilində Vaşinqton Birmaya qarşı ağır sanksiyaları ləğv edib, o ölkəyə səfir göndərib.
XS
SM
MD
LG