Accessibility links

Birma rəsmisi siyasi islahatların davam edəcəyini bildirib

  • Amerikanın səsi

Birma rəsmisi siyasi islahatların davam edəcəyini bildirib

Birma rəsmisi siyasi islahatların davam edəcəyini bildirib

Yüksək rütbəli Birma rəsmisi beynəlxalq ictimaiyyətə vəd edir ki, hərbi hökumət ölkədə siyasi islahatları davam etdirəcək.

Ticarət naziri U Soe Thane Röyters xəbər agentliyinə bildirib ki, islahatlar prosesi hələ başa çatmayıb. O, deyib ki, Birma hökuməti əlavə siyasi dəyişikliklər və ələlxüsus iqtisadi sektorda islahatlar nəzərdən keçirir.

U Soe Thane bu bəyanatı İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunda verib. Cənab Thane burada Birma rəsmi nümayəndə heyətinə rəhbərlik edir.

O, deyib ki, hökumət ölkədə investisiya üçün cəlbedici mühit yaratmağa can atır və Tailand, Banqladeş, Hindistan və Laos kimi qonşularından maraq cəlb etməyə çalışır.

Nobel Sülh Mükafatı laureatı Aunq San Suu Kyi də foruma video bağlantı ilə qatılıb. O, U Soe Thanenin konfransda iştirakını müsbət hal adlandırıb. Eyni zamanda o, bildirib ki, Birma hələlik "böyük dəyişiklik" nöqtəsinə çatmayıb.

Bu həftənin əvvəlində Beynəlxalq Valyuta Fonundun nümayəndə heyəti Birma səfərinin sonunda bu ölkəni Asiya iqtisadi cəbhəsində ümidverici məkan adlandırmışdı.

XS
SM
MD
LG