Accessibility links

Birma prezidenti Tein Sein bu ilin sonunadək ölkədəki bütün dissidentlərin azadlığa çıxacağına söz verdikdən cəmi bir neçə gün sonra bu gün 70 siyasi məhbusun sərbəst buraxılmasına dair əfv fərmanı imzalayıb.

Rəsmilər deyir ki, əfv siyahısına düşənlərdən bəziləri artıq bu gün azadlığa çıxıb. Onların kimliyi hələlik açıqlanmayıb.

Keçən həftə Tein Sein Londona səfəri zamanı bu ilin sonunadək vicdan məhbuslarının azadlığa çıxacağını bildirmişdi. Bu, insan haqları qrupları və beynəlxalq hökumətlər tərəfindən başlıca tələb idi.

Bugünkü əfv fərmanından əvvəl aktivistlər Birmada 100-lə 200 arasında siyasi fəalın dəmir barmaqlıqlar arxasında olduğunu bildirmişdi.
XS
SM
MD
LG