Accessibility links

Birmada Aunq San Suu Kyi sabah azadlığa buraxılır


Birmada Aunq San Suu Kyi sabah azadlığa buraxılır
Birmada Aunq San Suu Kyi sabah azadlığa buraxılır

Müxalifət liderinin bu gün azadlığa buraxıla biləcəyi haqda xəbər yayılsa da, onun vəkili Nyan Vin bu məlumatı təsdiqləməyib

Birmanın demokratiya tərəfdarı lideri Aunq San Suu Kyi-nin tərəfdaşları onun ev dustaqlığından azad olunmasına hazırlıqlar üçün Ranqunda partiyanın qərərgahına toplaşıblar. Müxalifət liderinin həbs müddəti şənbə günü bitməlidir. Müxalifət liderinin bu gün azadlığa buraxıla biləcəyi haqda xəbər yayılsa da, onun vəkili Nyan Vin bu məlumatı təsdiqləməyib. Aunq San Suu Kyi ötən ilin əvvəl ev dustaqlığı şərtlərini pozaraq, onun Ranqunda göl kənarında yerləşən evinə dəvətsiz olaraq üzüb gəlmiş amerikalıya sığınacaq verdiyi üçün yenidən məhkum edilmişdi. O, üç il ağır fəhlə işinə məhkum edilmiş, lakin rejimin lideri general Than Şvi onun üzərinə18 ay ev dustaqlığını da əlavə etmişdir.

XS
SM
MD
LG