Accessibility links

Birma təhsildə islahatlar tələb edən tələbələr polis zorakılığı ilə qarşılaşıb. Güc tətbiq edən polis tələbələri dağıdaraq etirazlara son qoyub.

İğtişaş polisi barrikadaları keçməyə çalışan nümayişləri döyməl üçün dəyənəklərdən istifadə edib. Polis maşınlarını ələ keçirmən nümayişçilərin çoxu təqib olunaraq döyülüb.

Hadisə yerindən çəkilən videoda göstərilir ki, silahlı polis qüvvələri nümayişçilərin ələ keçirdiyi maşınların şüşəsini sındırmaq üçün bəzi maddələr atıb və cubuqlardan istifadə edib.

Nümayişçilərin lideri Tiha Vin Amerikanın Səsinə bildirib ki, polis ən azı 32 nəfəri saxlayıb. Onun sözlərinə görə, toqquşma zamanı çoxsaylı nümayişçi xəsarət alıb.

XS
SM
MD
LG