Accessibility links

Birmada seçkilər noyabr ayının yeddisinə nəzərdə tutulub


Seçkilərin hansı vaxtda keçirilməsi seçimində Aunq Sən Suu Kyi-nin həbsdən azad olma tarixi nəzərdə tutulub

Birmanın hərbiçilər hökuməti bildirib ki, ölkədə uzun müddətdir gözlənilən seçkilər noyabr ayının yeddisinə nəzərdə tutulub. Hökumət seçkilərin vaxdını bu gün dövlət tərəfindən nəzarət edilən radio və televiziyada elan edib. Birmada noyabr seçkiləri 1990-cı ildə əsas müxalif qüvvə olan Demokratiya üçün Milli Cəmiyyət partiyası çox sayda səs ilə qalib gələndən bu yana ilk seçkilər olacaqdır. Hərbçilər həmin seçkilərin nəticəsini tanımaqdan imtina etdi və onun lideri Aung San Suu Kyi seçkilərdən indiyə qədərki vaxdın böyük hissəsində nəzarət altında olub. Onun partiyası bu ilki seçkilər üçün qeydiyyata alınmağdan imtina etdi. Ona görə ki, onun lideri Aunq Sən Suu Kyi və partiyanın başqa fəalları həbsdədir. Partiya isə hərbi rejimin qaydalarına görə seçkilərdə iştirak edə bilmək üçün onları üzvlükdən çıxartmaqdan imtina edib. Nobel Mükafatı lauriyyatı son 20 ilin 15-ini ev dustağı olaraq keçirmiş Aunq San Suu Kyi-nin hal hazırki həbsi noyabr ayının sonuna təsadüf edir. Alternativ ASEAN Şəbəkəsinin sağçı qrupunun üzvü Debbi Stozard bildirib ki, seçkilərin hansı vaxtda keçirilməsi seçimi təsadüf deyil. Seçkilərin hansı vaxtda keçirilməsi seçimində görünür Aunq Sən Suu Kyi-nin həbsdən azad olma tarixi nəzərdə tutulub. Məs ona görə seçkiləri onun həbsdən azad ola bilməsindən bir həftə qabaq keçirirlər. Aydındır ki, ölkədəki və ölkədən kənardakı insanların əksəriyyəti seçkilərdə qabaqcadan nəzərdə tutlmuş nəticənin əldə ediləcəyini bilirlər. Demokrasiya üçün Milli Cəmiyyət partiyasının sözcüsü Nyan Vin müxbirlərə bildirb ki, söz və mətbuat azadlığı olmadan seçkilər azad və ədalətli ola bilməz. Azı 40 siyasi partiya seçkilər üçün qeydiyyata alınıb. Tənqidçilər bunu hərbi hökuməti hakimiyyətdə saxlamaq üçün qondarma seçki adlandırıblar.

XS
SM
MD
LG