Accessibility links

Hadisələrin cərəyan etdiyi universitetdə dünən ABŞ prezidenti Barak Obama çıxış etmişdi

Birmanın Yanqon şəhərində tələbələr yeni təhsil qanununa etiraz əlaməti olaraq artıq ikinci gündür nümayiş keçirir.

Vətəndaş cəmiyyəti qrupları deyir ki, bu qanun universitetlərin mərkəzləşmiş nəzarətinə şərait yaradır.

Yüzlərlə insan ABŞ prezidenti Barak Obamanın Birmaya səfəri zamanı da yürüş etmişdi.

Bu gün, Yanqon Universitetinin bağlı qapıları qarşısında yenidən yürüş keçirən tələbələr universitetin qapısı açılmadığı üçün hasarların üzərindən aşaraq içəri daxil olmağa çalışıb.

Tələbələr ordu tərəfindən 26 il əvvəl dağıdılan Tələbə Həmkarlar İttifaqı binası qarşısında etirazlarını davam etdirərək “Bizi həbs edin” şüarları səsləndiriblər.

Daha sonra universitet kampusu dinc şəkildə tərk edən tələbələr etirazlarını davam etdirəcəklərini bildiriblər.

Hadisələr Barak Obamanın dünən çıxış etdiyi universitetin kampusunda cərəyan edir.

XS
SM
MD
LG