Accessibility links

Birmalı demokrat lider hərbi xuntanın yumşalmadığını deyir


Birmalı demokrat lider hərbi xuntanın yumşalmadığını deyir
Birmalı demokrat lider hərbi xuntanın yumşalmadığını deyir

Birma demokratik hərəkatının lideri Aunq San Suu Çi deyib ki, onun uzun müddətli ev dustaqlığından azad edilməsi o demək deyil ki, ölkənin hərbi rəhbərliyi öz siyasətini yumşaldıb. Associated Press-ə müsahibə verən Aunq Suu Çi deyir ki, onun azadlığına səbəb dustaqlıq müddətinin bitməsidir. Azadlığa çıxandan bəri Nobel sülh mükafatı laureatı xunta lideri Tan Şve ilə barışıq danışıqlarına çağırıb. Lakin o, hökumətin onunla əlaqə saxlamadığını bildirib. Aunq San Suu Çi ev dustaqlığını qanunsuz adlandırsa da xuntaya qarşı mübarizə apardığına görə peşman olmadığını söyləyib. Demokratik hərəkatın lideri son 21 ilin 15-ni müxtəlif formalarda həbs şəraitində keçirib.

XS
SM
MD
LG