Accessibility links

Birmanın hərbi hökuməti Aunq San Su Kyinun partiyasını seçkilərin boykotuna çağırmağa cəhddə ittiham ediblər

Müxalifət lideri Aunq San Su Kyi ona səs vermək istəyənlərə ümumiyyətlə səs verməməyi təklif edib

Birmanın hərbi hökuməti həbs edilmiş müxalifət lideri Aunq San Su Kyi-nun partiyasının qarşıdan gələn seçkilərin boykotuna çağırmaq cəhdində ittiham ediblər. Dövlətə məxsus qəzetdə bu gün şərhçi bildirib ki, partiya insanları noyabrın yeddisində keçiriləcək seçkiləri boykot etməyə çağırmaqla çaşqınlıq yaratmağa çalışır. Məqalədə seçicilərə təsir göstərən hər bir adam həbs edilməklə hədələnir. Burada Aunq San Su Kyi və ya onun partiyasının adı xüsusi olaraq hallandırılmayıb. Lakin partiya seçkiləri boykot edəcəyini bildirmişdi. Partiya eyni zamanda onu seçkilərdə iştirak etmək üçün vaxtında qeydiyyata almadığına görə iqtidarda olan hökuməti məhkəməyə verməyi planlaşdırdığını qeyd edib. Bu, Birmada 20 il ərzində keçiriləcək ilk seçki olacaq. Lakin demokratiya tərəfdarları seçkilərin hərbi hakimiyyətin davam etdirilməsi üçün saxta səsvermə olacağını bildirib. Aunq San Su Kyi ona səs vermək istəyənlərə ümumiyyətlə səs verməməyi təklif edib.

XS
SM
MD
LG