Accessibility links

“Bizim Yol” qəzetinin əməkdaşı döyülüb


"Bizim Yol" qəzetinin əməkdaşı Vüsal Yusubov

"Bizim Yol" qəzetinin əməkdaşı Vüsal Yusubov

Redaksiyaya bir gün öncə boks üzrə dünya çempionunun atası hədə zəngi edib, müxbiri ölümlə hədələyib

Noyabrın 7-də gecə saat 3.20 radələrində “Bizim Yol” qəzetinin yayım şöbəsinin əməkdaşı Vüsal Yusubov qəzetin nüsxələrini “Futbol+” mətbəəsində götürüb apararkən yolda qarşısı naməlum idman cüssəli şəxslər tərəfindən kəsilib və döyülüb.

“Onlar dörd nəfər idi. İkisi güdürdü, ikisi isə məni döyürdü. Maşından düşməyimə də imkan vermədilər, avtomobilin qapısını açıb sağdan və soldan hara gəldi təpik və yumruqla vururdular. Bir qədər sonra Post Patrul avtomobilinin gəldiyini gördülər və qaçıb aradan çıxdılar, - deyə Vüsal Yusubov Turana bildirib.

“Bizim Yol” qəzetinin baş redaktoru baş verən hadisənin araşdırılması üçün Daxili İşlər Nazirliyinə müraciət edib. Vüsal Yusubov məhkəmə tibb ekspertizasından keçib. Hazırda Yasamal rayon Polis İdarəsinin 28-ci Polis bölməsi əməkdaşın döyülməsi ilə bağlı təhqiqat aparır.

“Bizim Yol” qəzetinin baş redaktoru bildirib ki, bu hadisə şəxsən Vüsal Yusubova qarşı deyil, bütövlükdə redaksiyaya qarşı yönəlmiş bir hərəkətdir. “”Çünki 2022-ci il noyabrın 6-da redaksiyaya zəng vuraraq qəzetin həmin günki sayında dərc edilmiş “Dünya çempionunun adı dələduzluq olayında” başlıqlı məqalənin müəllifinin başını kəsəcəyi ilə hədələyib. Həmin şəxs boks üzrə dünya və Avropa çempionu Salman Əlizadənin atası olduğunu bildirib. Buna səbəb isə qəzetin 200 nəfəri aldadaraq 5 milyon manat pulunu mənimsəmiş və dələduzluq ittihamı ilə axtarışda olan Aygün Əliyevanın dünya çempionunun mənzilində gizlənməsini yazması olub”, o qeyd edib
XS
SM
MD
LG