Accessibility links

Sadiq İsabəyli: Azərbaycan-İran əlaqələri bərabər əsasda qurulmalıdır [Audio]


Sadiq İsabəyli
Sadiq İsabəyli
“Rusiyanın Ermənistan ölkəsinə münasibəti nə isə, İran İslam Respublikası da Azərbaycanla münasibətlərində onu gözləyir. Lakin Azərbaycan Respublikası İranla əlaqələrini genişlətməkdə bir müstəqil və suveren ölkə kimi hərəkət etmək istəyir,” deyə Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) idarə heyətinin üzvü Amerikanın Səsi ilə müsahibəsində bildirib. Prezident İlham Əliyevin İrana səfəri münasibəti ilə Amerikanın Səsinə danışan Sadiq İsabəyli iki ölkə rasındakı münasibətləri dəyərləndirməklə yanaşı, mənsub olduğu təşkilatın İran-Azərbaycan əlaqələrinə baxışını şərh edib.
Sadiq İsabəyli Azərbaycan-İran münasibətləri haqda danışır
please wait

No media source currently available

0:00 0:27:05 0:00

Cənab İsabəylinin fikrincə İran və Azərbaycan arasındakı siyasi-mədəni əlaqələr bu günə qədər doğru və normal zəmində qurulmayıb. “İran İslam Respublikası Azərbaycanda bir çox kitabxana və mədəniyyət mərkəzi təsis edərək orada İslam İnqilabını təşviq etmək istiqamətində fəaliyyət aparır. Halbuki Azərbaycan Respublikasına İran içində belə mərkəzlər qurmağa imkan verilməyib,” deyə o bildirir.
İran İslam Respublikası Azərbaycanda bir çox kitabxana və mədəniyyət mərkəzi təsis edərək orada İslam İnqilabını reklam etmək istiqamətində fəaliyyət aparır.
Sadiq İsabəyli
Keçmişdə Azərbaycan Respublikasında mühacirət həyatı yaşamış güneyli fəal Azərbaycanda fəaliyyət göstərən radikal qrupların İran İslam Respublikası tərəfindən maliyyələşdirildiyini vurğulayıb.

“GAMAC İran-Azərbaycan münasibətlərinin doğru zəmində genişlənməsini müsbət dəyərləndirir,” deyə İsabəyli iki ölkə arasında ticari-iqtisadi əlaqələrin normal zəmində qurulmasının güneylilər üçün də faydalı olacağını qeyd edib.

Güneyli fəal son illərdə iki ölkə arasında yaşanmış gərginliklər haqqında düşüncələrini Amerikanın Səsi ilə paylaşıb. Onun fikrincə, Qərb ölkələri ilə problem yaşayan İran İslam Respublikası Qərbə qarşı bəslədiyi düşmən münasibətini zaman-zaman Azərbaycana doğru yönəldib.
XS
SM
MD
LG