Accessibility links

Azərbaycan-İran biznes forumu keçiriləcək


Azərbaycan və İran bayraqları

Azərbaycan və İran bayraqları

Forumda 50-dək İran şirkəti iştirak edəcək

Bakıda İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə avqustun 7-də Azərbaycan-İran biznes forumu keçiriləcək.

AzərTAc agentliyinin məlumatına görə tədbirdə ticarət, qida sənayesi, kənd təsərrüfatı, mühəndislik, tikinti və tikinti materiallarının istehsalı, nəqliyyat, dənizçilik və logistika, kimya məmulatlarının istehsalı, səhiyyə, İKT, konsaltinq və digər sektorları təmsil edən 50-dək İran şirkəti iştirak edəcək.

XS
SM
MD
LG