Accessibility links

Azərbaycanda biznes mühiti haqqında hesabat


Avropa İttifaqı və Azərbaycanın bayraqları
Avropa İttifaqı və Azərbaycanın bayraqları

Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqı ölkələrindən olan biznesmenlərin 20%-ə qədəri daha bu ölkəyə investisiya qoymaq istəmir. 40% buna əmin deyil, 40% isə ölkəyə yenidən investisiya qoymaq istərdi. Bu barədə Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının Azərbaycanda biznes mühiti haqda hesabatında deyilir.

Turan agentliyi məlumat verir ki, sorğu Azərbaycanda fəaliyyət göstərən 19 Aİ ölkəsini təmsil edən 300 şirkətdə aparılıb.

Hesabatda deyilir ki, neftin qiymətinin enməsi və ölkənin gəlirlərinin azalması hökuməti islahatlara sövq edib və ümid var ki, bu proseslər iqtisadiyyatın diversifikasiyası üzrə islahatları sürətləndirəcək.

Respondentlərin 81%-i qeyd edib ki,

ümumilikdə Azərbaycan iqtisadiyyatı zəifdir. Cəmi 35% respondent deyib ki, onların çalışdıqları sektorlarda vəziyyət qənaətbəxşdir.

Hesabatda qeyd olunur ki, biznes mühitinin yaxşılaşdırılması üçün əsas vəzifə struktur islahatlarının aparılmasıdır.

Ümumilikdə, respondentlər Azərbaycanda öz şirkətlərinin perspektivlərini yaxşı qiymətləndirmirlər. Belə ki, Aİ ölkələrindən olan şirkətlərin 60%-i hesab edir ki, onların gəlirləri azalacaq.

Əmək bazarında vəziyyətlə bağlı

sualın cavabında respondentlər əməkdaşların iş bacarığının qənaətbəxş olduğunu hesab edirlər.

Hesabat müəllifləri qeyd edirlər ki, Azərbaycanda təhsil sistemində ciddi islahatlar aparılmalıdır.

Respondentlər akademik və peşə təhsilinin keyfiyyətilə razı deyil.

Onlar hesab edirlər ki, qeyri-çevik immiqrasiya siyasəti xarici investisiyalara əngəl törədə bilər. Bu kontekstdə respondentlərin yarısı viza və əcnəbilər üçün iş məsələsinin həllinə dair immiqrasiya siyasətindən narazıdır.

İnfrastruktura toxunan şirkətlərin 76%-i onu orta və ya yüksək səviyyədə qiymətləndiriblər.

Hesabatda deyilir ki, neft şirkətləri qeyri-neft sektorundan olan şirkətlərlə müqayisədə özlərini iqtisadi siyasətdə daha əmin hiss edirlər. Demək olar ki, respondentlərin yarısı hüquqi qeyri-müəyyənlik və iqtisadi sabitliyin proqnozlaşdırılmasının səviyyəsindən narahatlığını bildirib.

Ümumilikdə, iqtisadi siyasət və institutların reytinqi aşağıdır.

Respondentlər şirkətlərin fəaliyyətinə təsir göstərən iqtisadi və siyasi şəraiti qiymətləndirərkən devalvasiya, bazarın qeyri-müəyyənliyi və bürokratiyanı göstəriblər.

Aİ şirkətlərinin 72%-i qeyd edib ki,

onların biznesinə ən çox devalvasiya təsir göstərir.

Sorğu iştirakçılarının yarıdan çoxu bildirib ki, korrupsiya və gömrük nəzarəti onların fəaliyyətinə mənfi təsir göstərir, biznesin və investisiya mühitinin yaxşılaşdırılması üçün korrupsiya aradan qaldırılmalıdır.

Şirkətlər hesab edirlər ki, korrupsiya və cinayətkarlığın aradan qaldırılması ilə bağlı tədbirlər effektiv deyil.

Korrupsiya ilə yanaşı vergiqoyuluşu sistemi və gömrük prosedurları da mənfi amil kimi göstərilib.

46% respondent Azərbaycanda vergi siyasətini qənaətbəxş hesab etmir. Müəlliflər qeyd ediblər ki, hökumət və yerli hakimiyyət orqanları müvafiq qanunlara əməl olunmasını təmin etsələr, mühüm irəliləyiş əldə olunar.

Müəlliflər hesabata yekun vuraraq qeyd edirlər ki, qarşıdakı iki il asan olmayacaq, ancaq sahibkarlar inanırlar ki, islahatlar nəticəsində 3-5 ilə vəziyyət yaxşılaşacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG